Quranı ilk dəfə kitab halına kim salıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quranın bütün səhifələrini cəm edərək ilk kitab halına salan üçüncü rəşidi xəlifə Osman ibn Affandır (Allah ondan razı olsun). Ondan qabaq isə digər səhabələr artıq bu işə başlamışdılar. Peyğəmbərin (salləllahu aleyhi və aəlləm) sağlığında ikən, Quranı yazmaq işi onun tərəfindən səhabələrinə tapşırılmışdır. Bu dövrdə yazıdan çox əzbərləmək ön planda idi.
Milli.Az zikr.az-a istinadən bildirir ki, çünki hafizlər (Quranı tam əzbər bilənlər) güclü idi. Yazı üçün lazım olan alətlər isə az idi. Ancaq hər nazil olan ayə əzbərlənməklə birlikdə yazılırdı. Beləliklə səhabələr, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sağlığında Quranın hamısını yazmışdılar. Dörd raşidi xəlifə, həmçinin Zubeyr ibn Əvvam, Ubeyy ibn Kə'b, Zeyd ibn Sabit, Muaviyə ibn Əbu Sufyan və Məhəmməd ibn Məsləmə (radıyəllahu anhum) Quranın katibliyini etmiş səhabələrdəndir. Lakin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman Quran tam bir kitab halında deyildi. Yazılı nüsxələr müxtəlif şəxslərdə dağınıq bir halda idi. Bir surə bir səhabənin, başqa bir surə isə başqa bir səhabənin evində idi. Əbu Bəkrin (radıyəllahu anhu) xilafəti zamanı Yəməmə döyüşündə çoxlu sayda Quran hafizi şəhid edildi. Bu səbəbdən də Ömər ibn əl-Xattab Əbu Bəkrə (radıyəllahu anhumə) təklif etdi ki, Quranı bir kitab halında toplasın. Bu barədə əl-Buxarinin (rahiməhullahu) Zeyd ibn Sabitdən (radıyəllahu anhu) rəvayət etdiyi hədisdə belə buyurulur: "Yəmamə əhalisi ilə müharibə zamanı Əbu Bəkr əs-Siddiq (radıyəllahu anhu) məni yanına çağırdı. Ömər ibn əl-Xəttab (radıyəllahu anhu) da orada idi. Əbu Bəkr (radıyəllahu anhu) dedi: Ömər ibn əl-Xəttab (radıyəllahu anhu) mənə deyir ki, Quranı əzbər bilənlər aramızdan gedir. Onlarla Quranın da çox hissəsi məhv olur. Mənim fikrimcə Quranı toplamaq barədə əmr verməlisən. Mən Ömərdən (radlyəllahu anhu) soruşdum ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) görmədiyi bir işi mən necə görə bilərəm? Ömər (radıyəllahu anhu) dedi ki, bu xeyirxah bir işdir. Vallahi, Ömər (radıyəllahu anhu) bu işdə çox təkid edir. Uca Allah bu işi mənim də ürəyimə saldı. Mən də Ömərin (radıyəllahu anhu) fikrinə şərik oldum. Əbu Bəkr əs-Siddiq (radıyəllahu anhu) daha sonra dedi: "Sən ağıllı bir gəncsən. Sənə heç bir iradım yoxdur. Rəsulullah (salləllahu aleyhi və səlləm) üçün vəyhləri yazardın. Quranın yazılarını axtar və bir yerə topla". Zeyd ibn Sabit (radıyəllahu anhu) deyir ki: "Vallahi, əgər mənə dağı yerindən tərpətməyi tapşırsaydılar, bu heç də Quranı toplmaq işindən ağır olmazdı". Beləliklə, dəri, xurma yarpaqları, sümüklər, saf daşlar, ayrı-ayrı lövhələr üzərində yazılmış və ayrı-ayrı adamların əzbərləyib yadda saxladıqları Quranı axtarıb toplamağa başladım".
Zeyd (radıyəllahu anhu) deyir ki: "Mən Quranı xurma yarpaqları üzərindəki, daş üzərlərindəki yazılardan və əzbərdən bilən insanların qəlblərindən topladım".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı - Rəsmi
XƏBƏR LENTİ
-
Bahalı kremlərə ehtiyac yoxdur: 5 dəqiqədə hazırlanan təbii nəmləndirici
-
Soyuducudakı rəflərin əsl qaydası: Bildikləriniz yanlış ola bilər
-
Sonuncu fincan qəhvə üçün ideal vaxt açıqlandı
-
Televizoru söndürün, münasibətinizi gücləndirin: Ən xoşbəxt cütlüklərin 5 axşam vərdişi
-
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
-
Balıqdan daha çox Omega-3: Həm ucuz, həm də möcüzəvi bitki - pərpətöyün
-
AA və AAA batareyaları sən demə, gücü yox, ölçünü göstərirmiş
-
Ağdamda yol qəzasında yaralananların kimliyi açıqlanıb - Yenilənib
-
Müctəba Xamenei İran xalqına müraciət etdi
-
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
-
Günün qoroskopu: İş həyatınızda yeni bir tempə daxil olursunuz
-
Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı
-
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək
-
Sabah Bakı, Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq
-
Moskvadakı ticarət mərkəzində iki Azərbaycan vətəndaşı yaralanıb
-
Astarada ağır qəza - ölən və xəsarət alanlar var
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb (Video)
-
Cavan Zeynallının səhhətində problem yarandı
-
Bakı–Naxçıvan reysləri ləğv edildi
-
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
-
“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Elye Vai viza ala bilmədi, matçı buraxacaq
-
Xırdalan ciddi nəzarətə götürülməlidir: Kəmalə Ağazadədən çağırış





