Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İçəri Şəhərdə İncəsənət Bağı fəaliyyətə başlayır
16 Mart 2010 16:46
Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İçəri Şəhərin turizm infrastrukturunun zənginləşdirilməsi və xalq sənətkarlığının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni bir layihəni tamamlayaraq geniş ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Bu barədə Milli.Az xəbər portalına Qoruq İdarəsinin mətbuat xidmətindən bildirilib.
İdarənin bu sahədə ixtisaslaşdırılmış şirkətlə birlikdə həyata keçirdiyi orijinal layihə İçəri Şəhər ərazisindəki "Kiçik Karvansaray" abidəsində Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzi - "İncəsənət Bağı"nın yaradılmasını nəzərdə tutur.
İdeyanın orijinallığı "İncəsənət Bağı"na gələcək hər bir qonağa milli sənət nümunələrinin hazırlanması prosesində bilavasitə iştirak etmək və özünü bir anlıq usta kimi hiss etmək imkanının verilməsindən ibarətdir.
Mərkəzdə yerli incəsənət ustalarının fəaliyyəti təşkil ediləcək, xalçaçılıq, ağac oyma, keramika, zərgərlik, milli geyimlər, dekorativ yaşıllaşdırma və digər tətbiqi sənət işləri nümayiş etdiriləcəkdir. Eyni zamanda burada gənc rəssamların yaradıcılığının təbliği məqsədilə rəsm sərgilərinin təşkil edilməsi nəzərdə tutulur.
Bütün bunlarla yanaşı, "İncəsənət Bağı"nın qonaqları burada milli və Avropa mətbəxinin təamlarından dada biləcəklər.
Qoruq İdarəsi bakılıları və şəhərimizin qonaqlarını Novruz bayramından fəaliyyətə başlayacaq "İncəsənət Bağı"na dəvət edir.
Qeyd edək ki, "Kiçik Karvansaray" və ya "Хаn Kаrvаnsаrаyı" adlanan bina ХV əsrin sоnu ХVI əsrin əvvəlində tikilib, bütün pеrimеtr bоyu еyvаnlа əhаtə оlunub. Eyvаnın аrхаsındа isə şəхsi istifаdə üçün nəzərdə tutulmuş yаşаyış оtаqlаrı yеrləşir. Ehtimal olunur ki, bu tikili kаrvаnsаrаy kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətində fəaliyyət göstərən hücrələrdən ibarət olub.
Uzun illər baxımsızlıqdan qəza vəziyyətinə düşən karvansarayda İçəri Şəhərin Konservasiyası üzrə Master Plan çərçivəsində əsaslı şəkildə bərpa-konservasiya işləri aparılmış, karvansaray öz əvvəlki möhtəşəm şəklinə qaytarılıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı