Cəmiyyət

Şiə və sünni məzhəbləri arasında qüsl almaq məsələsində fərq varmı?

28 Fevral 2017 22:15
18 Şərh     Baxış: 7 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şiə və sünni məzhəbləri arasında qüsl almaq məsələsində fərq varmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, məzhəblər arasında qüsl barədə əsas fərq qüslün adıcıllıqla yerinə yetirilməsindədir. Cəfəri məzhəbinə görə, qüsldə əvvəlcə baş və boyunu, sonra sağ tərəfi, daha sonra sol tərəfi tam yumaq şərtdir. Bu ardıcıllıq pozulsa, qüsl batildir. Amma əhli-sünnə məzhəbində ardıcıllıq şərt deyil. Əsas olan bütün bədənin tam yuyulmasıdır. Hansı bədən üzvünü əvvəl, hansını sonra yumaq fərq etməz. Hənəfilər və hənbəlilər ağzın və burnun içini yaxalamağı da fərz bilirlər. Şafii məzhəbində bu fərz deyil. Malikilər isə hər bir bədən üzvünü yuyarkən sürtüb ovxalamağı da qüslün şərtlərindən sayırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.