Mənbələrdə Quranın "Ğafir" surəsindən ayələr gətirilir, amma bəzi Quran nəşrlərində bu adda surə yoxdur. "Ğafir" surəsi hansıdır?
Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-Kərimin bəzi surələri fərqli adlarla tanınır. Məsələn, "Həmd" surəsinin digər adı "Fatihə"dir. "İxlas" surəsinə "Tövhid" və "Qül hüvəllah" surəsi də deyirlər. "İnsan" surəsinin ikinci adı "Həl-əta"dır. "Fələq" və "Nas" surələri "Müvəzzəteyn" adı ilə də tanınır. Surələrin bu cür fərqli adlandırılmasının səbəbi onların möhtəviyyatı və içindəki bəzi sözlərlə bağlıdır. Belə ki, bəzən surələri, əhatə etdiyi əsas mövzuya görə, bəzən də içindəki hər hansı kəlməyə uyğun olaraq adlandırırlar. Quranın 40-cı surəsi həm "Mömin", həm də "Ğafir" kimi tanınır. Surə Məkkədə nazil olmuşdur, 85 ayədən ibarətdir.
Milli.Az