Cəmiyyət

Mühafizə orderi nədir - Kimləri müdafiə edir? - VİDEO

10 Noyabr 2016 21:17
0 Şərh     Baxış: 9 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar əri tərəfindən zorakılığa məruz qalan, hətta qətlə yetirilən qadınlar haqqında tez-tez xəbərlər eşidirik. Qanuna bu insanları qorumaq üçün mühafizə orderi daxil edilsə də statistik rəqəmlərə görə onun üstünlüklərindən xəbəri olanların sayı çox azdır. Hətta şahidlər belə ondan istifadə edə bilərlər. Mühafizə orderi nədir? Kimləri müdafiə edir? Onu əldə etmək üçün hara müraciət etmək lazımdır?

Mühafizə orderi istər qadın, istər kişi, istər isə ahılları qoruyur.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, 2010-cu ildə qəbul edilən Məişət Zorakılığının qarşısının alınması haqqında qanunun Mühafizə Orderi adlı bəndi var. Bir çoxlarının məlumatı olmasa da həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs, qanunun ona tanıdığı üstünlükdən yararlana bilər...

Mühafizə orderi qısa və uzunmüddli olur. Zorakılığa məruz qalan qadın və ya kişi qısamüddətli orderi əldə etmək üçün rayon İcra Hakimiyyətinə yaxınlaşmalıdır. Çünki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bütün İcra Hakimiyyətlərində monitorinq qrupu var. Monitorinq qrupu 24 saat ərzində məsələni araşdırdıqdan sonra, 1 aylıq order çıxarır. Uzunmüddətli mühafizə orderi isə maksimum 6 aylıq olmaq şərti ilə məhkəmə tərəfindən verilir.

Müraciət edənin şəxsiyyəti gizli saxlanıldığından hətta qonşular belə zorakılıq halı ilə üzləşsələr bu orderin çıxarılmasını tələb edə bilərlər. Mühafizə orderi əldə edən şəxs, dəyən maddi, mənəvi hətta tibbi xərcləri belə qarşı tərəfdən tələb edə bilər.

Qanun, zorakılığa məruz qalanlara belə bir üstünlük tanısa da təəssüf ki, ondan yararlananların sayı çox azdır. Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin baş məsləhətçisi Aynur Abbasovanın sözlərinə görə bu orderi 2013-cü ildə 1, 2014-cü ildə 3, 2015-ci ildə 6, cari ilin ilk yarısında isə 5 nəfər əldə edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mühafizə orderi nədir - Kimləri müdafiə edir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.