Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Facebook tələsi - Diqqət, sizi izləyirlər!
29 Mart 2010 13:13
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Facebook-u tanımayan tapılmaz. Bu gün demək olar ki, bütün vərdişlərimiz içində Facebook birinci yeri tutur. Gündəlik həyatımızda rast gəldiyimiz hər şeyi profilimizə yazırıq, bəzən qəzəbli, bəzən yumşaq, bəzən də təhqir edici şəkildə.
Təsadüfi deyil ki, Facebookdan geniş şəkildə istifadə bəzi iş yerlərində qadağalara səbəb olur. Elə düşünməyin ki, yazdığınız hər şey sadəcə Facebook-da qalır. Facebook statuslarınız həm də gələcək iş həyatınızda və ya ictimai məşğuliyyətinizdə köməyinizə gələ bilər. Sizi hamı izləyə bilər. Tanışlarınızdan tutmuş, məşhurlara kimi.
400 milyon insanı birləşdirən sosial şəbəkə
Facebook sosial şəbəkəsini Harvard Universitetinin tələbəsi 2004-cü ilin 4 fevralında yaratmışdır. Mark Zükerberq şəbəkədən əvvəlcə Harvard Universitetinin tələbələri ilə ünsiyyət saxlamaq üçün istifadə edir. Sonra digər universitetlər də şəbəkəyə qoşulmağa başlayırlar. Beləliklə Facebook bütün dünyanı cənginə alan məşhur sosial şəbəkəyə çevrilir. 2010-cu ilin 5 fevralına olan statistikaya görə, indiyədək Facebookdan 400 milyon insan qeydiyyatdan keçib.
2006-cı ildən Facebookda qeydiyyatdan keçən azərbaycanlıların sayı artmağa başlayır. Hazırda demək olar ki, gənclərin əksəriyyəti bu şəbəkənin üstünlüklərindən faydalanır. Əvvəllər Facebookdan sadəcə ünsiyyət vasitəsi kimi istifadə edirdilər. İndi isə Facebook həm də insanların özlərini, yaradıcılıqlarını və ictimai fəaliyyətlərini reklam edən sosil şəbəkəyə çevrilib.
Azərbaycanda Facebookdan nə üçün istifadə edirlər?
Azərbaycan gəncləri arasında apardığımız sorğunun nəticələrinə görə, gənclər Facebookdan sırf informasiya toplamaq üçün yararlanırlar. İstifadə meyarları gənclərin təhsil səviyyəsinə görə də dəyişir. Məsələn, bəziləri boş vaxtlarını keçirmək üçün, qızlarla tanışlıq, yeni simalarla ünsiyyət saxlamaq, dostları ilə dərdləşmək, insanları bilgiləndirmək, fikir mübadiləsi aparmaq üçün Facebooka üz tutur.
Diqqətli olun, sizi müəllimləriniz izləyir
Son zamanlar xüsusilə tələbə gənclərin Facebookdan yararlanması müəllimlərin də həvəslənməsinə səbəb olub. Əksər müəllimlər tələbələrinin dəvəti ilə Facebookdan istifadə etməyə başlayıblar. Bəs ümumilikdə müəllimlər Facebookdan nə üçün istifadə edirlər?
Bakı Dövlət Universitetinin bir neçə müəllimini bu mövzuda sorğu-sual etdik.
Zahidə müəllimə Facebookda ancaq tanıdığı tələbələrlə dostluq edir. Onun dediyinə görə, Facebook tələbələrin gündəlik fəaliyyətini izləmək üçün ən yaxşı vasitədir. "Tələbələrin bilik səviyyəsi onların profillərində əks olunur. Əsasən də sessiya qabağı dərdlərini açıq şəkildə yazırlar. Bu mənim üçün çox maraqlıdır".
Xatirə müəlliməni Facebookda tələbələrinin sonrakı taleyi maraqlandırır. "Elə tələbələr var ki, xaricdə qalırlar, orada işləyirlər. Onların yaradıcılıqlarını başqa yolla izləmək çətindir, asan əlaqə yaratmaq üçün Facebook əla vasitədir".
Sevinc müəllimə keçmiş tələbələrini axtarıb tapmaq üçün Facebookdan yararlanır. "Mənim üçün Facebook xüsusilə keçmiş tələbələrimlə əlaqə yaratmaq üçün ən yaxşı ünsiyyət vasitəsidir".
Lalə müəllimə Facebookdan yenilikləri öyrənmək üçün istifadə edir. "Facebook təkmilləşməyə və irəliləməyə çox yardımçı olub. Burada çox sayda ciddi və dünyaca məhşur simalarla tanış olmuşam. Bilmədiklərimi öyrənməyə, bildiklərimi öyrətməyə çalışıram".
Təranə müəllimə üçün Facebook bir icmanı xatırladır. "Mənə maraqlıdır məni kim özünə dost seçir, hansı tələbə maraqlanır. Facebookda özümə həmfikirlər tapıram, sanki insan özünü bir icmada təsəvvür edir".
Vüqar müəllim yazılarını tələbələrilə bölüşmək və onların fikrini öyrənmək üçün Facebookdan yararlanır. "Mənə tələbələrimin fikirləri çox maraqlıdır. Facebook fikir mübadiləsi üçün çox maraqlı vasitədir".
Və sonda, unutmayın ki, heç nə ötəri deyil. Facebookda yazılanların hamısı vaxt gələr əleyhinizə istifadə edilə bilər. Ona görə də hər satatus yazanda diqqətli olun.
Vüsalə
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sözləri "silah" kimi istifadə edən 3 bürc
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib