Niyə borc verməyin savabı sədəqədən daha üstündür?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Borc vermək dinin göstərişlərindəndir ki, ən yaxşı ibadət hesab olunur. Çox sayda hədislərimiz vardır ki, bizə müsəlmanların hacətini yerinə yetirməyi tövsiyə edir ki, böyük savaba malikdir. Bu İlahi sünnətə görə, əgər sədəqə versən, sənə on savab yazıldığı halda, borc verən zaman 18 savab yazılır.
Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "O gecə ki, meraca aparılmışdım bu yazını behiştdə gördüm: "Sədəqənin on qat savabı vardır, borcun 18 qat".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, sədəqə vermək yaxşı əməldir, ancaq onun harada istifadə olunduğu məlum deyildir. Ancaq o zaman ki, bir başqa müsəlmana ehtiyacını aradan qaldırmaq üçün borc verirsən məlumdur ki, işinin düyününü açmaq üçün istifadə edəcəkdir. O zaman ki, onun qəmini aradan aparmağa yardım edirsən və möminin qəlbini şad edirsən iki bəyənilən iş görmüş olursan.
İslam dini də bizdən bunu istəyir. Yəni, həm möminin işininin düyününü açmağa yardım etməyi və həm də onun qəlbini sevindirməyi. (Həvzəh)
Quran buyurur: "Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız". ("Bəqərə" 245).
"Allaha gözəl bir borc verin". ("Muzzəmmil" 20).
Din qardaşına borc vermək İslamın sünnətidir və ondan imtina etmək bəyənilməyən əməl sayılır. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "O kəs ki, ehtiyacı olan və ya din qardaşı ondan borc almaq üçün (ona) üz tutarsa, ancaq o, qüdrəti çatdığı halda onun istəyini təmin etməzsə, Allah (onu) behiştdən məhrum edər".
Həzrət Peyğəmbər (s) borc verən haqqında buyurur: "O kəs ki, müsəlman qardaşına borc verər, borc verdiyi hər dirhəm qarşılığında ona Ühüd, Rizvan və Sina dağları qədər savab verilər. Əgər borc verdiyi insanla mehriban olarsa, Sirat körpüsündən işıq sürətilə, hesab vermədən və əzabsız keçər".
İmam Sadiq (ə) buyurur: "Borc verməyi sədəqədən daha çox sevirəm. O kəs ki, borc verər və onun üçün müddət təyin edər, borc alan insan onu vaxtında verməzsə, təxirə düşən hər günün mükafatı hər gün verilən bir dinar sədəqənin mükafatı qədər olar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bazar günü hava necə olacaq?
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
XƏBƏR LENTİ
-
"Gəncə" basketbol klubu baş məşqçisi ilə yolları ayırıb
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
Rusiyanın itkiləri yeniləndi
-
24 yaşlı futbolçu faciəvi şəkildə öldü
-
Əraqçi İraqa səfərə gedib
-
Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi
-
Türkiyədə 77 şagird dönərdən zəhərləndi





