Cəmiyyət

Cinayət Məcəlləsində nələr dəyişir? - FOTO

30 Aprel 2011 11:00
Baxış: 3 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin müzakirəsinə Cinayət Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi təqdim olunub. Qanun layihəsində Cinayət Məcəlləsinə 59 dəyişiklik təklif olunur. Cinayət Məcəlləsinin 101 maddəsində dəyişiklik edilir. "Azadlığın məhdudlaşdırılması" cəza növlləri sırasından çıxarıldığından maddələrin böyük əksəriyyətinə dəyişiklik bununla bağlıdır.

Digər dəyişikliklərin təklif olunduğu maddələri təqdim edirik.

Maddə 44. Cərimə

44.2. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda müəyyən olunur.

Maddə 47. İctimai işlər

47.3. Bu cəzaya məhkum olunmuş şəxs həmin işlərin yerinə yetirilməsindən qərəzli boyun qaçırdıqda, ictimai işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. Bu zaman azadlığın məhdulaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən olunarkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və səkkiz saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya on iki saat ictimai işə bir gün müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanır.

Maddə 49. İslah işləri

49.3. İslah işlərinə məhkum olunmuş şəxs qəsdən həmin cəzanı çəkməkdən boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman yeni cəzanın müddəti müəyyən olunarkən bir gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması, yaxud üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
 
Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma

Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma -
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
 
Maddə 242. Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma

Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət -
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Maddə 262. Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma

262.1. Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda -
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

262.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda -
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 263. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma

263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda -üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 322. Özbaşınalıq

322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda -
beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

"Mediaforum"















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.