Cəmiyyət

Avtobuslarda yalnız sərnişinlərin icazəsi ilə mahnı oxutmaq olar

28 Aprel 2011 11:03
Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sərnişinlərin çoxdan gözlədiyi an gəlib çatdı. Uzun müddət sərnişinlərin narazılıqla qarşıladığı, mübahisələrə səbəb olan sürücülərin avtobuslarda siqaret çəkməsi qadağan olundu. Bununla bağlı Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əlavə edib. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə əlaqədar olaraq qəbul edilən əlavəyə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkilməsi qadağan olunub.

Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, qanunvericiliyə edilmiş dəyişiklik sərnişidaşımada özbaşınalığın qarşısının alınmasında mühüm rol oynayacaq. Sürücülər artıq sərnişinlərə hörmətlə yanaşıb siqaret çəkməyəcəklər: "Hansı sürücü siqaret ürəyi istəyir, dayanacaqda avtobusdan kənarlaşıb siqaretini çəkə bilər. Daha sərnişinlərin içərisində bunu etmək qanunla qadağan olunub. Digər bir tərəfdən, artıq sürücülər siqaretdən çəkinməlidir".

Ekspert deyir ki, qanunvericilkdə qaydaları pozan şəxsin 40-50 manat cərimə nəzərdə tutulub ki, bu da kifayət qədər yüksək cərimədir: "Düşünürəm ki, qanunda edilmiş dəyişilklər avtobus sürücülərinin özbaşınalığının qarşını alacaq".

"Bakısərnişinnəqliyyat" MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkilməsinin qadağan olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişikliklər qərarı artıq qüvvəyə minib. Lakin qərarın icrası üçün Nəqliyyat Nazirliyi tərəfindən mexanizm hazıralanmalıdır. Onun sözlərinə görə, mexanizm hazırlandıqdan sonra qaydaların tətbiqinə başlanacaq.

S.Həsənov qeyd etdi ki, cərimələr 50 manat məbləğində nəzərdə tutulub. Cərimələr yalnız avtobusda siqaret çəkən sürücülərə deyil, maqnitofon istifadə edən, dayanacaqdan kənarda saxlayan sürücülərə də tətbiq olunacaq. ""Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 12.2.27 bəndində göstərilir ki, şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlarda sürücünün xüsusi bağlı kabinəsi olmadıqda audio cihazlardan yanlnız daşıma prosesi ilə əlaqədar istifadə edə bilər. Daşıma prosesi ilə əlaqədar olmayan digər hallarda halarda audio və video cihazlardan yalnız sərnişinlərlə qarşılıqlı razılq əsasında istifadə etmək mümkündür. Cərimələrə məhəl qoymayan sürücülər isə marşrutdan kənarlaşdırılacaq", - deyə S.Həsənov qeyd etdi.

O, əlavə etdi ki, paytaxtdaxili avtobuslarda sürücülərin davranışına nəzarəti "Bakışərnişinnəqliyyat" həyata keçirəcək.

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.