Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı gül-çiçəyə bürünəcək
26 Aprel 2011 14:14
Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təntənəli Gül Bayramı üçün Avropa ölkələrindən gözəl gül-çiçəklər sifariş olunub
Bakı şəhəri gül-çiçəyə bürünəcək. Paytaxt sakinləri və qonaqları daha bir möhtəşəm Gül bayramına şahidlik edəcək. Ümummilli lider Heydər Əliyevin mayın 10-da anadan olmasının 88 ili tamam olur. Hər il olduğu kimi, həmin gün Gül bayramı təşkil olunacaq. Hazırda bu bayrama ciddi hazırlıq gedir və bayram əvvəlki illərdən daha təmtəraqla qeyd olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətindən Milli.Az xəbər portalına verilən məlumatına görə, mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev adına Parkda ənənəvi ümumşəhər Gül bayramı keçiriləcək.
Parkın ərazisində yüsək zövqlə, bədii-estetik dizayn işləri ilə hazırlanmış gül kompozisiyaları hazırlanacaq.
Məlumata görə, mayın 10-dək Gül bayramları Bakının bütün rayonlarında keçiriləcək. Mayın 10-da isə rəsmi açılış olacaq və bütün rayonların rəhbərləri Heydər Əliyev adına Parka yığışacaq. Parkda gül bayramı mayın 11-də də paytaxt sakinləri üçün açıq olacaq. Hər kəs Gül bayramını izləyib, rəngarəng güllərdən zövq ala bilər.
Gül bayramınadək isə Bakının müxtəlif yerlərində zanbaq gülləri əkilib. Bayram tədbirləri çərçivəsində Dənizkənarı Milli Parkda bayram konserti keçiriləcək, ardınca 2 nöqtədən havaya möhtəşəm atəşfəşanlıq açılacaq.
Bakı şəhər Yaşıllaşdırma İdarəsinin baş mühəndisi Eldar Məmmədov Milli.Az xəbər portalına bildirdi ki, artıq bayramla bağlı işlərə start verilib. Bakının bütün bağ və parklarında abadlıq və yaşıllaşdırma işləri görülür. İşlər əsasən, Fəxri Xiyaban və Şəhidlər Xiyabanında, H.Əliyev Sarayının qarşısında ümumilli liderin adını daşıyan parkda həyata keçrilir.
Baş mühəndis əlavə etdi ki, Gül bayramı ilə bağlı Sarayın qarşısındakı parkda təşkil olunacaq bayram üçün güllər Avropa ölkələrindən gətirilir. Güllər sifariş verilib, yaxın günlərdə paytaxtda olacaq. Hansı yeni kompozisiyaların yaradılması isə hələlik məlum deyil. Əsas odur ki, bayram təntənəli şəkildə qeyd olunacaq. Artıq H.Əliyev adına Parkın ətrafının hasarlanmasına başlanıb.
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
7-ci sinif şagirdi dünyasını dəyişdi
-
İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
-
Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
-
Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
-
İşə çatan kimi yuxunuz gəlir? - Bu üsullar sizi dərhal ayıldacaq
-
"Anamdan bir dəfə "səni sevirəm" sözünü EŞİTMƏDİM"
-
Bakının bu ərazilərində işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu