Cəmiyyət

Günün qoroskopu

26 Aprel 2011 05:00
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

26 aprel, çərşənbə axşami, XXIII Ay günü, Günəş-Buğada, Ay Dolçada, Merkuri-Qoçda, Venera-Qoçda, Mars-Qoçda, Yupiter-Qoçda, Saturn-Tərəzidə, Uran-Qoçda, Neptun-Dolçada, Pluton-Oğlaqda.

Münəccim öncəgörümləri

QOÇ - Özünüzü güclü və qayğısız hiss edəcəksiniz. Biznes planlarını həyata keçirmək sizin üçün çətinlik yaratmayacaq. Səhhətiniz dən ciddi şıkayətiniz olmayacaq. Sevgi münasıbətlətiniz qarşılıqlı ittihamlarla doludur.

BUĞA - Yeni işə başlamaq üçün uğurlu gündür. Əsas fəaliyyət sahənizdə müxtəlif problemlər meydana çıxa bilər. Çalışmalarınızın maddi ödənci gözlədiyiniz qədər deyil. Sevgi münasıbətlərinizdə bir-birinizə uyğunlaşma daha çoxdur.

ƏKİZLƏR - Səhhətiniz sizin üçün problem yaratmayacaq. İşləriniz qaydasında və rahat gedəcək. Maddi durumunuzu artırmaq üçün çalışmalarınızda fayda var. Ünsiyyətlərinizdə ögeylik yaranacaq. Vəziyyəti yüngülləşdirməyə çalışın.

XƏRÇƏNG - Bu gün o qədər də rahat keçməyən zaman kəsiyidir. Əsas fəaliyyət sahənizdə işləriniz çoxdursa da, nəticəsi o qədər də könülaçan olmayacaq. Yaxın adamların köməyilə sevgi münasıbətlərində yaxşılığa doğru irəliləyiş gözləyin.

ŞİR - Ruh yüksəkliyiniz əsas fəaliyyət sahənizə yaxşı təsir buraxacaq. İşləriniz rahat alınacaq. Əsəb və qəzəbinizi boğmağa çalışın. Səhhətinizlə bağlı heç nə sizi narahat etməyəcək. Sevgi münasibətlərinizdə anlaşılmazlıq davam edir.

QIZ - Səhhətinizi qorumalısınız. Ürəyinizdən pis fikirləri çıxarıb atın, bu sizin həm səhhətinizə, həm də ruhi durumunuza mənfi təsir buraxar. Maddi durumunuzu yaxşılaşdırmaq yönündəki çalışmalarınızda bir fayda yoxdur.

TƏRƏZİ - Nə qədər çox və diqqətli fəaliyyət göstərsəniz, bir o qədər maddi durumunuzda artım əldə edəcəksiniz. Bu gün sizin səhhətinizlə bağlı ciddi probleminiz gözlənmir. Ünsiyyətlərinizdəki anlaşılmazlıq sizi narahat etməsin, təmkinli və xoşniyyətli olun.

ƏQRƏB - Maddi durumunuzu yaxşılaşdırmaq istiqamətindəki çalışmalarınızda əməli nəticələriniz ürəyiniz istəyən qədər deyil. Səhhətinizi yad təsirlərdən gözləməlisiniz. Sevgi münasibətlərindəki anlaşılmazlıq hələ bir müddət davam edəcək.

OXATAN - Gücünüz və işləmək həvəsiniz çoxdur. Əldə etdiyiniz nəticələr başqalarının həsəd duyğularını artırsa da, siz hələ tam gücünüzlə çalışmadığınıza əminsiniz. Səhhətinizlə bağlı heç bir ciddi probleminiz olmayacaq. Ünsiyyətlərinizdə kompromibbə gedin.

OĞLAQ - Səhhətinizin qayğıya ehtiyacı var. Ən yaxşı günlərinizin xoş ovqatını xatırlayıb üzügülər olun. Maddi durumunuzu artırmaq cəhdlərinizdə bir fayda yoxdur. Sizə fərəh gətirən yeganə amil ünsiyyətlərinizdəki səmimilikdir.

DOLÇA - Çalışın ki, kimsənin xətrinə dəymədən yaşayasınız. İndiki ünsiyyətlərinizdə qarşılıqlı ittihamlar çoxdur. Hələ ki,həqiqətinizi sübut edə bilməyəcəksiniz. Biznes işlərinizdə fayda var. Səhhətiniz sizin üçün problem yaratmayacaq.

BALIQLAR - Səhhətiniz özünə qarşı hörmət və qayğı tələb edir. Sevgi münasıbətləriniz indi sizin üçün yeganə fərəh mənbəyidir. Əsəbiləşməməyə çalışın,çünki bu vaxt sonradan sizə ziyan verə biləcək mühit yaradırsınız.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.