Göyəm çox dadlı və faydalı meyvədir, onun bir çox müalicəvi xüsusiyyətləri var.
Göyəmin meyvələri, yarpaqları, ağacının qabığı, kökü xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, göyəm müxtəlif faydalı maddələrlə zəngindir. Onun tərkibində orqanik turşular, pektinlər, büzücü maddələr, fitonsidlər, efir yağları, flavonoidlər, vitaminlər (xüsusilə P, C, B qrupu), minerallar (xüsusilə kalium) var.
Göyəmin güllərindən və yarpaqlarından çox faydalı müalicəvi çay hazırlayırlar. Bu çay bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yüngül işlətmə dərman kimi təsir edir, orqanizmdən toksinləri və şlakları xaric edir, sakitləşdirir.
5 x.q. gül və (və ya) yarpaq termosda 1 l qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla içilir.
Göyəmin meyvələri damarları möhkəmləndirir, onların elastikliyini artırır.
Fitonsidlərlə zəngin olan göyəm mikrob əleyhinə təsirə malikdir.
Göyəm və göyəm kompotu diareya (ishal) zamanı çox yaxşı kömək edir, bağırsaqları "yığır", bağırsaqlara antiseptik təsir edir.
Göyəm antosian maddələrlə zəngindir. Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmdə hüceyrə səviyəsində qocalma proseslərini ləngidir, insanın həyatını uzadır.
Həmçinin antosian maddələri gözlərin torlu qişasını möhkəmləndirir, göz təzyiqini normallaşdırır, göz yorğunluğunu azaldır. Bütün bunlar görmənin yaxşılaşmasına kömək edir.
Göyəmin bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq göyəm qastrit və xora xəstəliklərindən əziyyət çəkən insanlar üçün ziyanlıdır. Bundan əlavə göyəm allergik reaksiyalara səbəb ola bilər.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Göyəm - gözlər və damarlar üçün faydalı meyvə
16 İyul 2016 22:40
75 Şərh
Baxış: 12 308

DİGƏR XƏBƏRLƏR
-
Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR
-
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir - FOTO
-
Günün qoroskopu: Konsentrasiya yüksəkdir
-
Alimlər HIV-ə çarə tapdılar
-
İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
XƏBƏR LENTİ
-
Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR
-
NATO-a məxsus mərkəzdə Azərbaycan bayrağı qaldırıldı - FOTO
-
“Bağışlayın, görmədim” artıq keçməyəcək - Süni intellektli radarlar dövrü başladı - FOTOlar
-
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli
-
Konservləşdirilmiş qidalarda nələrə fikir vermək lazımdır?
-
Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
-
Bu ziyarətgaha gedənlərə şad xəbər
-
2 800 abonent qazsız qalacaq
-
Tovuzda müəllim valideynlərdən qızıl tələb edib? - Araşdırma BAŞLADI - VİDEO
-
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu - VİDEO
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir - FOTO
-
Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL
-
Bu yay fəslində anomal istilər olacaq? - AÇIQLAMA
-
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
-
II cəhd imtahanı üçün son bir gün - Ən çox bu qrup MÜRACİƏT EDİB
-
Avropa uçuruma gedir: qitə ən çirkli narkosavaşını uduzur
-
Millimiz Latviya ilə üz-üzə
-
Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb
-
Türkiyədə 14 mindən çox insan qurban kəsərkən yaralandı
-
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
-
Çin avtomobilləri Azərbaycan bazarına nə vəd edir?
-
Bakıdan Bərdəyə qədər ilanla yol yoldaşı oldular - VİDEO
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq