Cəmiyyət

Nemət Pənahlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

19 Aprel 2011 15:37
Baxış: 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı barəsində cinayət işi üzrə hazırlıq iclası keçirilib. Vəkil Samir İsayev Trend-ə bildirib ki, Nəsimi rayon məhkəməsində keçirilən iclasda Nemət Pənahlının və Ceyhun Fərzullayevin barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə verilən vəsatətlər təmin olunmayıb.

İş üzrə məhkəmə baxışı mayın 3-ə təyin olunub.

Xatırladaq ki, yanvarın 7-də, saat 21:20-də Bakı şəhər sakini Eldəniz Rzayev mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun Fərzullayev tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib. Onun məlumatı əsasında Pənahlı və Fərzullayev saxlanılıb. Saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı məlum olub ki, insident maşın alqı-satqısı ilə bağlı yaranan mübahisə zamanı baş verib. Belə ki, döyülən şəxs Nemət Pənahlıdan maşın alıb. Hadisə baş verən gün Mirəli Qaşqay küçəsində həmin maşında texniki nasazlıq yaranıb. Eldəniz Rzayev Nemət Pənahlıya zəng edərək avtomobilin xarab olduğunu bildirib. Bundan sonra onlar görüşüblər aralarında yaranan mübahisə zamanı Pənahlı onu dəmir parçası ilə döyüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.