Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il Azərbaycanda 80-ə yaxın şagirdin qızıl və gümüş medalla təltif olunacağı gözlənilir
18 Aprel 2011 18:11
Baxış: 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın rayon və şəhər təhsil şöbələri 2010-2011-ci dərs ili üzrə tam orta təhsil səviyyəsini uğurla başa vurması gözlənilən, qızıl və ya gümüş medala namizəd şagirdlərin adlı siyahısını Təhsil Nazirliyinə təqdim edib. Nazirliyin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Təranə Hacıyeva APA-ya bildirib ki, siyahıda Bakı Şəhəri üzrə Təhsil İdarəsi istisna olmaqla, rayon və şəhərlərdən qızıl və gümüş medala namizəd təxminən 40 nəfərin adı var.
Təranə Hacıyeva deyib ki, Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na uyğun olaraq şagirdlərin qızıl və ya gümüş medala namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb və müvafiq qərar qəbul edilib: "Aprelin 17-də daha 9 rayon üzrə yoxlama imtahanı keçirilib. Bu imtahanın nəticələri aprelin 20-dək açıqlanacaq. Yoxlama imtahanının, eyni zamanda buraxılış imtahanının nəticələrindən asılı olaraq həmin namizədlərin medalla təltif edilib-edilməyəcəyi məlum olacaq".
T. Hacıyevanın sözlərinə görə, medala ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə qeyd edib ki, qızıl və gümüş medala namizədlərin siyahısının Təhsil Nazirliyinə aprelin 15-dək təqdim edilməməsinin səbəbi texniki problemlərlə bağlı olub. İdarənin nazirliyə sabah təqdim edəcəyi siyahıda 40-a yaxın namizədin adı əksini tapıb. Z. Əliqızı namizədlərin sayının çoxluğunu paytaxtın təhsil göstəricilərinin yüksək olması ilə izah edib.
Xatırladaq ki, Azərbaycanda orta məktəbi müvəffəqiyyətlə bitirən məzunlara qızıl və ya gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərində dayandırılıb. 1992-ci ildə qəbul edilən "Təhsil haqqında" qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Uzun müzakirələrdən sonra 2009-cu ildə qəbul edilən "Təhsil haqqında" qanunda bu ənənə bərpa edilib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var