Cəmiyyət

Aprelin 16-a olan hava proqnozu

16 Aprel 2011 02:00
Baxış: 12 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var.
Bakıda gecə 8-10° isti, günün birinci yarısında 16-21° isti, axşama doğru 13°-dək isti olacaq.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaq.
 
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 1-6°, gündüz 17-22° isti olacaq.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0- 3° isti, gündüz 8-13° isti olacaq.
 
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 1-5° isti, gündüz 15-20° isti təşkil edəcək.
 
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 13-18° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 6-11° isti olacaq.
 
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 3-8° isti, gündüz 18-23° isti təşkil edəcək.
 
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-15° isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.