Cəmiyyət

Bir neçə rayonun sosial müdafiə mərkəzlərinin direktorları vəzifələrindən kənarlaşdırılıb

14 Aprel 2011 19:04
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə Quba, Yardımlı və Xızı rayonlarının Əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 11 nəfər məsul əməkdaşı vəzifələrindən azad edilib. Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Vəzifələrinin icrasındakı nöqsanlara görə həmçinin Kürdəmir, Sabirabad, Zərdab, Biləsuvar, Ağcabədi rayonlarının mərkəz direktorları müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 15 nəfərə isə töhmət verilib.

Bununla yanaşı, 6 zona üzrə Tibbi-sosial ekspert komissiyalarının sədrləri müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Son 3 ay ərzində ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlilliyin müəyyən edilməsi ilə əlaqədar 800-dən çox ərizə birbaşa nazirliyin əməkdaşları tərəfindən, 55 ərizə isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları ilə araşdırılıb və müvafiq tədbirlər görülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.