Krediti qaytarmasam, bank mənə nə edə bilər? CAVAB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Maliyyə sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov banklardan kredit götürüb qaytara bilməyənlərə hansı cəzanın tətbiq oluna biləcəyi barədə maraqlı açıqlama verib.
Milli.Az femida.az-a istinadən bildirir ki, Ə.Həsənovun dediyinə görə, ona tez-tez verilən suallardan biri belə olur: "Krediti qaytarmasam, bank mənə nə edə bilər?"
"Qabaqcadan deyim ki, vicdanlı insan aldığını (faizləri yox, əsas məbləği) geri qaytarmalıdır. Əmanətə xəyanət etmək olmaz! Buna görə də deyəcəklərim krediti qaytarmaq istəməyənlərə deyil, qaytara bilməyənlərə aiddir. Həmçinin o kəslərə aiddir ki, kredit yalnız rəsmi olaraq adlarına rəsmiləşdirilib, əslində isə ondan başqa şəxslər istifadə ediblər (hər bir halda bundan sonra sizə aid olmayan sənədlərə imza etməyin).
Əvvəla, bilin ki, krediti qaytarmamağa görə sizi cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər. Bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir.
Məsuliyyətiniz yalnız mülki ola bilər. Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında ola bilər.
Deməli, əmlakınız yoxdursa, kreditin qaytarılması qeyri-mümkündür. Məsələn, adınıza "kupça"lı (sərəncam əsasında yox) daşınmaz əmlak və ya "texpasport"lu ("doverennost"lu yox) avtomobil yoxdursa, faktiki olaraq bank çarəsizdir. Daşınar əmlakınızın alınması isə müşkül məsələdir, çünki sizə mənsubiyyətini sübut etmək çətindir. Banklar heç buna girişmir də adətən.
Adınıza qeyd edilən əmlak olsa belə, bilin ki, orta səviyyəli hüquqşünas vasitəsilə məhkəmə və icra proseslərini azı 3 il uzada bilərsiz. Yəni bank azı 3 il çarpışmalıdır ki, həmin əmlakı əlinizdən alsın. Həm də ki alıb nə edəcək? Satıb pulunu götürməlidir (satanda elə siz və yaxın adamınız ala bilərsiz). Banka bu sərf etmir. Ona görə də niyyətinizi bilsə, sizə güzəşt edəcək".
Bəs kredit vətəndaşın aylıq gəlirindən tutula bilərmi? Vəkilin cavabı: "Əgər gəliriniz rəsmidirsə, bəli. Belə ki, əmək müqaviləsi üzrə işləyirsinizsə, məhkəmə qərarı əsasında əmək haqqınızdan bankın xeyrinə aylıq əsasda cüzi məbləğ tutula bilər. Bu da o deməkdir ki, məsələn, bank 1 illik verdiyi krediti 10 il ərzində geri alacaq.
Ona görə də heç nədən qorxmayın. Əvvəllər dediyim kimi, krediti alandan sonra siz ağasız, bank qul, siz atdasız, bank piyada. Öz şərtlərinizi diktə edin.
Hər şeydən əvvəl isə özünüzün və ailə üzvlərinizin sağlamlığını, əsəblərini qoruyun. İmkan verməyin ki, bank işçiləri sizi daim narahat etsinlər. Sözünüzü deyin və tələb edin ki, sizi narahat etməsinlər. Onların sizi və ailənizi bezdirməyə haqqı yoxdur. Riayət etməsələr, polisə müraciət edin".
Əkrəm Həsənov təəssüf edir ki, bizdə vətəndaşların müflisliyi haqda qanunvericilik yoxdur.
"Bir çox ölkədə belə qanunvericilik var. Məsələ qaldırmaq lazımdır ki, bizdə də olsun. Bu qanunvericiliyin mahiyyəti ondan ibarətdir ki, krediti qaytara bilməyən şəxs məhkəməyə müraciət edib özünü müflis elan etdirir, bundan sonra ondan heç kəs heç nə tələb edə bilməz.
Sonda bir məsləhət də verim. Mərkəzi Bankın "Banklarda kreditlərin verilməsi Qaydaları"na əsasən, bank borclunun gəlirlərini təsdiq edən sənəd əsasında kredit verməlidir. Yəni həmin sənəd əsasında yoxlamalıdır ki, kredit qaytarıla bilər, yoxsa yox. Hamı bilir ki, bizim banklar bu məsələyə formal yanaşır. Aylıq rəsmi gəliri cüzi olan şəxsə iri məbləğli kreditlər verirlər. Buna görə də məhkəmə prosesləri zamanı sual verin: bank kreditin qaytarılma ehtimalının aşağı olduğu halda krediti niyə verib?
Məlumdur ki, İsveçrə banklar ölkəsidir. Amma bu o demək deyil ki, İsveçrə qanunları həmişə bankların tərəfindədir. Əsla! Məsələn, orada belə qanun var: bank krediti verərkən borclunun onu qaytara bilməyəcəyi açıq-aşkardırsa, borclu krediti qaytarmaya bilər.
Əlbəttə, biz İsveçrə deyilik. Belə qanunumuz yoxdur. Amma İsveçrədəki kimi banklarımız da yoxdur axı. Mən hətta deyərdim ki, ümumiyyətlə normal banklarımız yoxdur. Buna görə də onlardan qorxmayın".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
XƏBƏR LENTİ
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
-
Kremldən Ermənistana KTMT ilə bağlı açıq mesaj
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Pakistanın Baş Qərargah rəisi Tehrana səfər edib
-
Rüfət Səfərovla bağlı məhkəmədən qərar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib - (Video)
-
Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı
-
Bakıya “yağış yağan” avtobuslar gətirilib
-
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
-
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
-
Göyçayda 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
-
40 dərəcəyədək isti olacaq - Proqnoz
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
-
Lökbatanda ATS işçisi hasardan yıxılaraq öldü
-
Universitetlərə qəbul nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi
-
Cəlilabadda ziyarətgah ərazisindən sümük qalıqları çıxarıldı
-
İmişlidə 25 yaşlı oğlan toyda qəfil öldü
-
Ermənistana 242 ton propan göndərildi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - (Video)





