Nə qədər oxşarlıqları olsa da...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nə qədər oxşarlıqları olsa da, hər insanın özünəməxsus xüsusiyyətləri ilə fərqlənməsi Allahın saysız-hesabsız möcüzələrindəndir. Bir ailənin övladları belə zahirən bir-birilərinə nə qədər oxşasalar da, xasiyyət, xarakter baxımından xeyli fərqli cəhətləri olur. Bu dünyaya müəyyən müddət sakin olmaq səadəti qismətimiz olubsa, onu layiqincə qiymətləndirmək, qədrini bilmək, lazımınca yaşamağa çalışmaq məqsədimiz olmalı deyilmi? Yazı boyunca fikirlərimizi iyirminci yüzilliyin sənaye inqilabçılarından olan Henri Fordun (Baba Ford 1860-1943) qiymətli sözləri ilə əsaslandırmağa çalışacağam.
Hər hansı xeyirli bir işin uğuru üçün insanda istəyin, şövqün vacibliyini H. Ford belə vurğulayır: "Həvəs sənin arzularını ulduzlara qədər parladan bir mayakdır. Həvəs gözlərinin parıltısı, addımının uğurudur. Əlinin tutması, ideyalarını həyata keçirmək üçün iradə və enerjinin qarşısıalınmaz sıçrayışıdır".
Qəribə burasıdır ki, tarix boyunca insan gördüyü hər bir xeyirli işdə müəyyən çətinliklərlə üzləşib və bu gün də üzləşməkdədir. Bu çətinliklər qarşısında dik durmaq hər kəsə nəsib olmayıb. Böyük həyat təcrübəsinə arxalanan H. Ford bu haqda nə gözəl fikir söyləyib: "Hər şeyin sənə qarşı çıxdığını gördükdə unutma ki, təyyarə qalxarkən külək istiqamətində deyil, ona qarşı uçur".
Nəhəng bir şirkətin prezidenti olan, bütün çətinliklərə baxmayaraq, onun inkişafı üçün durmadan çalışan H. Ford üçün dünyanın ən çətin işi nə olsa yaxşıdır - fikirləşmək. Onun öz sözləri ilə işıq salaq bu fikrə: "Dünyada ən çətin iş fikirləşməkdir. Ona görə də bu işlə çox az adam məşğuldur".
Öyrənməyin heç vaxt gec olmadığını, əksinə, onun insan düşüncəsini gənc saxladığını H. Ford belə ifadə edir: "Öyrənməyinə son qoyan hər hansı bir adam, istər iyirmi yaşında olsun, istərsə də səksən yaşında, qocadır. Öyrənməyə davam edən hər hansı bir adam gənc qalır. Həyatda ən böyük şey düşüncəni gənc saxlamaqdır". Elə öz düşüncəsinin dərinliyinin nəticəsində H. Ford hamının biznesə cibini doldurmaq yolu kimi baxdığı bir vaxtda, avtomobili yalnız zənginlərə məxsus bir "oyuncaq"dan orta səviyyəli amerikalının da sahib ola biləcəyi, zənginlik simvolundan Amerika həyatının ayrılmaz bir hissəsinə çevirməyi bacardı. İstehsalata yığım xəttini tətbiq etməklə o, bir "Model T" avtomobilinin yığılmasını on iki saat yarımdan altı saatdan az bir vaxta endirə, 1908-ci ildə həmin model maşınlarını 825.00 $, dörd il sonra isə 575.00 $ qiymətində sataraq avtomobil bazarının 48%-ni əhatə edə bildi. H. Ford kütləvi istehsal texnologiyasının tətbiqi nəticəsində şirkətinə iyirmi dörd saniyəyə bir "Model T" buraxmaq imkanı əldə etdi. Bütün bu böyük işləri həyata keçirərkən H. Ford "Ən miskin biznes yalnız pul qazandıran biznesdir", - düşüncəsi ilə fəaliyyət göstərirdi. Bu fikir günümüzdə Z. Tağıyev kimi xeyriyyəçilərimizi unudub, millət dərdini özünə yaxın düşməyə qoymayan, "qaz vurub, qazan dolduran" bəzi iş adamlarımız üçün gözəl ibrət ola bilər.
Müasir dövrün ən geniş yayılmış "xəstəliyi" olan özünü aydan arı, sudan duru görüb, günəş kimi parlaq olanlarda nöqsan aramaq, onları qaralamaq sevdası ilə yaşayanlara H. Ford çox lakonik və aydın bir tövsiyə verir: "Nöqsan deyil, çarə tapın".
Təkcə böyük biznes deyil, həm də böyük ürək sahibi olan H. Ford həyatın mənasını başqaları üçün yaşamaqda görürdü: "İdeal insan başqalarının uğur qazanmalarına yardım edənlərdir".
Bu gün uğurlu insanlara həsəd, kin bəsləyib, nifrətlə coşub-daşan adamlara ar olası bir nəsihətdir bu sözlər.
Gördüyü işlərin çoxluğundan təlaşlanmadığının səbəbini Allaha güvənməyində, bu işlərin möhtəşəmliyini Yaradanın lütfü kimi görən H. Ford deyir: "Mən inanıram ki, bütün işləri Allah idarə edir və Onun mənim məsləhətimə ehtiyacı yoxdur. Üzərində Allahın nəzəri olan hər bir işin sonda ən yaxşı olacağına inanıram. Belə olduğu halda, narahat olmağa dəyərmi?"
H. Ford sanki İbrahim Həqqi Həzrətlərinin nəsihətini dinləyib:
...Haqq şərləri xeyir eylər,
Arif onu seyr eylər,
Zənn etmə ki, qeyr eylər,
Mövla görəlim neylər,
Neylərsə gözəl eylər...
Biznesin uğrunun onun qazandığı etimaddan asılı olduğunu H. Ford sadə bir düsturla izah edir: "Əməkhaqqını ödəyən sahibkar deyil. Sahibkar, sadəcə, pulu yerbəyer edir. Əməkhaqqını ödəyən müştəridir". Böyük işlərlə məşğul olan insanların üzləşdiyi maneələri H. Ford "Gözlərini məqsədindən ayırdığın zaman gördüyün qorxunc şeylər" adlandırır.
Heç bir iş müəyyən səhvlərdən xali deyil. H. Ford səhvi də gözəl və faydalı görməyi bacarırdı: "Hətta səhvin özü də mühüm uğurun qazanılmasında lazımlı addım ola bilər".
Həyatın məqsədini nəyin bahasına olur olsun varlanmaqda görənlərə Fordun nəsihəti çox maraqlıdır: "Əgər pul sənin üçün müstəqillik ümididirsə, sən heç vaxt ona nail ola bilməyəcəksən. Bu dünyada insanın qazana biləcəyi yeganə təhlükəsizlik bilik, təcrübə və qabiliyyətə yiyələnməkdir".
Uğur qazanmağın əslində elə bir sirri də yoxdur. H. Forda görə: "Uğur qazanmağın bir sirri varsa, o da başqasının nöqteyi-nəzərini anlamaq, məsələlərə həm o adamın baxış bucağından, həm də özününkündən baxa bilmək bacarığınldan ibarətdir.
Firavanlığın yolunun çalışmaqdan, zəhmətdən keçdiyinə diqqət çəkən böyük zəhmət adamı H. Ford deyirdi: "Ölüm cəzasını cinayətin, xeyriyyəçiliyi də yoxsulluğun çarəsi kimi görmək kökündən səhvdir".
Tabeçiliyində olan işçiləri "limon kimi sıxıb suyunu çıxaran", onlara öz işçi qüvvələrini bərpa etməyə, ailəsi, uşaqları ilə məşğul olmağa vaxt vermək istəməyən sahibkarlara nə gözəl yol göstərir H. Ford: "Sənayeçilər üçün bir qayda vardır, o da malların mümkün olduğu qədər ən yaxşı keyfiyyəti, mümkün olduğu qədər ən aşağı qiymət və mümkün olan ən yüksək əmək haqqıdır".
O, vaxtına da yüksək dəyər verməyi bacarırdı: "Müşahidələrimə əsasən deyə bilərəm ki, əksər insanlar digərlərinin israf etdikləri vaxt hesabına irəli gediblər".
H. Forda görə, "əsas məqsədi insanlara xidmət olan biznesmen qazancları haqqında narahat olmamalıdır. Belə işin qazancları gözlənildiyindən qat-qat artıq olacaqdır".
Keyfiyyət hər dövrdə əhəmiyyətli olmuşdur. H. Fordun bu məsələ barəsində qızıl qaydasına fikir verək: "Bazar heç vaxt yaxşı məhsulla dolub-daşmaz, pis, keyfiyyətsiz malın çoxluğu dərhal görünür".
Allah bizlərə, kim olmasından asılı olmayaraq, insanlıq naminə yaşanan ömürlərdən, görülən işlərdən, deyilən sözlərdən ibrət almağı və həyatımıza tətbiq etməyi qismət eləsin. Amin!
DİGƏR XƏBƏRLƏR
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
XƏBƏR LENTİ
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb





