Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu şəhərdə hər şey donub: insan da, saat da, qatar da - FOTOREPORTAJ
10 Mart 2015 00:10
0 Şərh
Baxış: 13 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir zamanlar Sumqayıt tək Azərbaycanın deyil, dünyanın qüdrətli dövləti olan Sovetlər Birliyinin də ən iri sənaye mərkəzlərindən idi. İttifaqın bütün bölgələrindən gənclər yeni həyat qurmaq, işləmək və yaşamaq üçün Gənclər şəhərinə gəlirdilər.
Bu şəhərin dəmir yolu stansiyası da şəhərin ən gur yerlərindən biri idi. İndi isə bu stansiyada gur olan yalnız küləkdir. Burada artıq yel vurub yengələri də oynatmır. Çünki yengələrin artıq uzun zamandır ki, buraya yolu düşmür. Sumqayıtın Dəmir Yolu Stansiyası artıq uzun müddətdir ki, tənha qalıb. Burada saatlar da donub. İllərdir ki, saatlar 09:50-ni göstərir:
Sumqayıtın tənha qalmış dəmir yolu stansiyası:

İstirahət günlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt Sərnişin stansiyasına getdik. Orada olduğumuz saat yarım ərzində bir qatara da rast gəlmədik. İnsanlar da burada nadir hallarda görünürlər. Stansiyada məskunlaşan Qubadlı qaçqınları da öz otaqlarına çəkiliblər və çöldə görünmürlər.
Sumqayıt boyda şəhərin dəmir yolu nəqliyyatından kənar qalması, sözsüz ki, üzücüdür. Bu stansiyanın inşası üçün vaxtilə az vəsait sərf olunmayıb. Görünür, bina inşa edilərkən bura ilə bağlı böyük planlar var imiş. Ancaq hər şey yarımçıq qalıb. Bu gün stansiyaya baş çəkən gündə iki dəfə Bakı-Sumqayıt yolunda hərəkət edən köhnə elektrik qatarlarıdır. Bilənlər bilirlər ki, uzun illər boyu sakinlərə xidmət göstərən həmin qatarlar da artıq son nəfəsini verməkdədir.
Burada saatlar da donub. Artıq uzun illərdir ki, saatlar 09:50-ni göstərir:

1993-cü ildə Qubadlı rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra həmin rayondan olan məcburi köçkünlər bu stansiyada məskunlaşıblar. Onlar da vəziyyətin pisliyindən şikayətlənirlər. Deyirlər ki, 8 nəfərlik ailə beş metr uzunluğu, 4 metr eni olan otaqlarda yaşayır. Onlar stansiyanın ümumi ayaqyolunda həm çimir, həm paltar və qab-qacaq yuyur, həm də aidiyyatı üzrə istifadə edirlər.
Stansiya məcburi köçkünlərin yuvasına çevrilib:

Stansiyada qatarların hərəkət cədvəli də artıq uzun zamandır ki, yenilənmir. Biz stansiyada olarkən qatarların 2014-cü il üçün olan hərəkət qrafikinin divardan asıldığını gördük.

Ancaq martın əvvəlində bu stansiyanın tənhalıqdan qurtulacağı ilə bağlı ümid işığı yandı. Bir neçə gün öncə Sumqayıt sakinlərini sevindirəcək xəbər yayıldı. Martn 3-dən etibarən Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xəttində təmir işlərinə başlanıldığı deyildi.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaydığı məlumatda deyilirdi ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib. Təmir işlərinə Güzdək stansiyasından başlanacaq. Rekonstruksiya işləri ümumilikdə Bakı stansiyasından başlamaqla Keşlə, Biləcəri, Xırdalan, Güzdək və Sumqayıt stansiyalarını əhatə edəcək. Təmir işləri çərçivəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün yeni birləşdirici yol tikiləcək. Bu isə sərnişinlərin mənzil başına daha tez çatmasına imkan yaradacaq.
Bakıdan Sumqayıta gələn dəmir yol xəttinin qrafiki:

Bakıdan qatara minənlərin son mənzili uzun illərdir, tənhalığın yükünü çiyinlərində daşıyan Sumqayıt sərnişin stansiyası olacaq. Bəlkə, ondan sonra bu stansiyanın illər boyu yığılmış donu açılar.
Teymur Hacıyev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət
-
Bazar günü 15 mindən çox şəxs imtahan verəcək
-
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib - FOTO
-
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-
İki gün güclü külək əsəcək - Xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Kənan Doğulu Bereni başqa qadınla səhv saldı - VİDEO
-
Yaponiya millisində karyerasını başa vurdu
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət
-
Şəmkirdə qanlı hadisə: 26 yaşlı oğlan qətlə yetirildi
-
Ağdaşda ildırım düşən yük avtomobili yandı
-
Azərbaycanda avtomobil alanlar niyə Çin markalarına üstünlük verir? - ARAŞDIRMA
-
Şir, Xərçəng və Qoç BÜRCləri üçün şanslı dövr başlayır
-
Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO
-
Bazar günü 15 mindən çox şəxs imtahan verəcək
-
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib - FOTO
-
İlon Mask tarixə düşdü
-
Goranboyda marketdə kassadakı pulu ələ keçirən şəxs tutuldu
-
Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
-
Azərbaycan Rusiyanı təbrik edib
-
12 iyun üçün rəsmi məzənnələr məlum oldu
-
Qara qızıl ucuzlaşdı
-
DÇ-2026: Cənubi Koreyadan Çexiyaya futbol dərsi
-
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
-
“Çukur”un aktyoru yeni serialda - FOTO
-
Qayçı qulpundan birinin digərindən daha kiçik olmasının əsl səbəbi
-
Meyvə ağaclarının yapışqan maddə ifraz etməsinin səbəbi açıqlandı
-
Son istifadə tarixi ilə tövsiyə edilən istehlak tarixi arasındakı fərq açıqlandı
-
Şorba qaynayarkən 1 çimdik soda əlavə edin, fərqi görün