Cəmiyyət

Elədiyin yaxşılığı unut, gördüyün yaxşılığı unutma...

15 Dekabr 2014 18:33
0 Şərh     Baxış: 12 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Əgər bir yaxşılıq edib, sonra da onu başa qaxacaqsansa, heç bəri başdan o yaxşılığı eləmə. Elədiyini başa qaxmaq çox pis işdir. Belə adamın insanlar arasında heç bir xətir-hörməti olmaz. İnsanlar ondan uzaq durarlar. Mümkün qədər onunla görüşməməyə, hər hansı məsələdə ortaq olmamağa çalışarlar.

Böyük alimlərimiz, mütəfəkkirlərimiz, şairlərimiz belə deyiblər ki, birisi sənə yaxşılıq edibsə, onu unutma; sən birisinə yaxşılıq etmisənsə, onu unut.

İnsanın vəfalı olması yaxşı haldır, sənə yaxşılıq edəni heç zaman unutmursan. Əgər sənə yaxşılıq edənə pislik edirsənsə, bu olur nankorluq. Nankorluq elə pis xəstəlikdir ki, hansı ürəyə girsə, oranı xaraba qoyar. İnsanın elədiyi yaxşılığı unutması isə onun böyüklüyüdür, ucalığıdır.

Bir məsələ də var ki, birisinə kömək edən kimi gərək onu özünə borclu hesab etməyəsən. Yəni yaxşılıq eləmək bir növ sənin insanlığının tələbatı halına gəlməlidir. Yəqin ki, Həzrəti Əlinin (ə.s.) o məşhur cavabını eşitmisiniz. O böyük insandan bir neçə dəfə dalbadal soruşurlar ki, birisi ona pislik eləsə, İmam necə qarşılıq verər. Həzrəti Əli də hər dəfə "yaxşılıqla qarşılıq verərəm" deyə cavab verir. Soruşurlar: "Necə olur ki, onun hər xəyanətinə yaxşılıqla cavab verirsən?" İmam da cavabında belə deyir: "Bəs necə olur ki, o, pis olduğu halda pisliyindən əl çəkmir, amma mən yaxşı olduğum halda yaxşılığımdan dönüm?"

Əlbəttə, Həzrəti Əli bizim üçün örnək insandır. Ona bənzəmək insanı gözəlləşdirər. Bunun üçün elə bu məsələdə özünüzü test eləyin: Heç zaman etdiyiniz yaxşılığı başa qaxmayın. Əgər bacarsanız, görəcəksiniz ki, qəlbinizdə xoş bir duyğu əmələ gəlir. O duyğu o qədər xoş, o qədər şirindir ki, kimisə acılayıb rahat olmaq onun yanında heç bir şeydir.
 

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.