Cəmiyyət

Yeni salınan asfalt örtüyü niyə çöküb?

16 May 2025 14:14
Baxış: 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zabrat qəsəbəsində cəmi 1 ildir ki, çəkilən asfalt örtüyü çöküb. Məhəllələrdə isə dərinliyi 1 metrdən çox olan çökəkliklər yaranıb. Həmin ərazidə yaşayan sakinlər qorxurlar ki, hər an nəsə ola bilər. 

Bəs yeni salınan asfalt örtüyü niyə çöküb?

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, asfalt yeni çəkilsə də biabirçı gündədir yollar. Valideynlər övladlarını həyətə buraxmağa qorxurlar ki, azyaşlılar çuxura düşməsinlər.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirildi ki, sözügedən ərazidə olan problemdən xəbərdardırlar. Yaxın zamanda problem aradan qaldırılacaq. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.