Nazirliklərin lisenziyasını almayan kurslar diplom verirlər: 600 manat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda müxtəlif adda peşə hazırlığı kursları fəaliyyət göstərir. Həmin kurslarda dizayn, dil, kompyuterdən istifadə bacarıqları və s. öyrədilir. Bu cür kursların reklamlarına müxtəlif yerlərdə rast gəlinir. Bu günlərdə 52 saylı marşrut avtobusunda rast gəldiyimiz bir reklam isə bizi xeyli təəccübləndirdi. Belə ki, kurs reklamlarında bildirilirdi ki, burada stomatoloq, ginekoloq hazırlanır. Kursun əlaqə nömrəsini götürüb məlumat almaq istədik, lakin istəyimizə nail ola bilmədik. Odur ki, növbəti dəfə özümüzü kursa müraciət etmək istəyən bir vətəndaşın yaxını kimi təqdim edib, suallarımıza cavab aldıq.
600 manat ödəyirsən və...
Suallarımızı cavablandıran Kərim Quliyev (ad və soyad şərtidir-red) dedi ki, kosmetoloq kursları 3 aylıqdır: "Kursumuza müraciət edən hər bir şəxs fərdi şəkildə öyrədilir. Ödəniş haqqı - hər ay üçün 100 manatdır. Həftədə 3 dəfə dərsdə iştirak etmək vacibdir". Onun sözlərinə görə, kursda kosmetologiyadan dərs deyən müəllim gözəllik salonunda işləyir: "Həmin şəxs kosmetoloq həkimdir". Müsahibimiz stomatoloq kursları barədə də məlumat verdi: "Stomatoloq kursları oğlanlar üçündür. Təhsil müddəti bir ildir. Həftədə 2 dəfə dərs keçilir". Öyrəndik ki, hər dərs saat yarım davam edir: "Bir il dərs keçirilir, amma hər ay 60 manat olmaqla 600 manat ödəniş edilməlidir". Mama-ginekologiya kurslarına gəlincə, öyrəndik ki, burada da təhsil 1 il müddətində davam edir: "Hər ay üçün təhsil haqqı 50 manatdır. Dərslər həftədə 3 dəfə keçirilir. Yeni qruplar üçün dərslər dekabrın 1-dən başlayacaq. Əvvəlki qrupların dərsi isə davam edir". Onun dediyinə görə, dərslər hər ay qrup şəklində təşkil edilir: "Dərslər kollec sistemi ilə keçirilir. "Tələbə" 6 ay dərsə gəlir, nəzəriyyəni öyrənir. Bundan sonra isə "Diaqnoz" Tibb Mərkəzində, ginekoloqun yanında təcrübə keçir".
Kurs rəsmisi: "Biz işimizə çox ciddi yanaşırıq"
Kərim Quliyev kursu bitirənlərə diplom verdiklərini söylədi: "Bizim kursumuz özəldir. Buranı bitirənlər arasında işə düzələnlər də var. Amma bundan sonra bitirənlər necə işləyərlər, daha orasını deyə bilmərəm. Ümumiyyətlə, işləyənlər çoxdur. Ginekologiya kursumuzda dərs deyən müəllimlər müalicə kurslarının həkimləridir. Həkim harada işləyirsə, kursumuzun uşaqlarını da yanına aparır və orada müraciət edən xəstələr üzərində praktika keçirilir".
K.Quliyev kursda maksimum səviyyədə təhsil verildiyini vurğuladı: "Bizdə sıxlaşdırılmış təhsil sistemidir. Məsələn, bir gənc 3-3,5 il texnikumda oxuyur, amma orada lazımınca bir şey öyrənə bilmir. Kursumuzda isə ödəniş elədiyinə görə hər ay fərdi şəkildə və ya qrup şəklində müəllim bir-bir öyrədir, təkrar-təkrar başa salır. Hamısını bir-bir öyrədəndən sonra bir də baxırsan ki gənc tam öyrəndi. Kursumuzda hər ay keçilən təhsil əsasında imtahan verilir - test imtahanı. Biz çox ciddi yanaşırıq ki, öyrənə bilsinlər. Verilən sənədin nə dərəcədə etibarlı olmasına gəlincə, bizdə hüquqi müəssisədir, hüquqi statusumuz var, özəl müəssisə olaraq, 8 ildir fəaliyyət göstəririk".
"Əgər kimsə iddia edirsə, aldatmaq üçün deyir"
"Kursunuzun təhsil və ya səhiyyə nazirliklərindən almış olduğu hər hansı lisenziyası varmı?" sualımıza həmsöhbətimiz belə cavab verdi: "Azərbaycanda olan bu cür kursların heç biri Təhsil Nazirliyinin qeydiyyatında deyil. Kim deyirsə ki bizim kursumuz həmin nazirliklərdə qeydiyyatdan keçib, yalan deyir. Araşdırsan, axtarsan görəcəksən ki, kökü mərkəzdə yoxdur. Əgər kimsə iddia edirsə, aldatmaq üçün deyir. Mən həqiqəti deyirəm, olan budur. Təhsil və səhiyyə nazirlikləri belə kursları qeydiyyata almayıb, lisenziya verməyib".Bəs Təhsil Nazirliyində bu kursların fəaliyyəti barədə nə düşünürlər? Bu kurların verdikləri diplomların həqiqətən, hüquqi əsası varmı? Həmin sənədlər əsasında dövlət və ya özəl müəssisələrdə çalışmaq olarmı? Bu və digər suallara cavab almaq məqsədi ilə Təhsil Nazirliyinə və Səhiyyə Nazirliyinə yazılı sorğu göndərdik. Yaxın günlərdə nazirliklərin mövzu ilə bağlı mövqeyini də oxucularımıza geniş şəkildə təqdim edəcəyik.
DİGƏR XƏBƏRLƏR
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
XƏBƏR LENTİ
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
-
Kremldən Ermənistana KTMT ilə bağlı açıq mesaj
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Pakistanın Baş Qərargah rəisi Tehrana səfər edib
-
Rüfət Səfərovla bağlı məhkəmədən qərar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib - (Video)
-
Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı
-
Bakıya “yağış yağan” avtobuslar gətirilib
-
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
-
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
-
Göyçayda 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
-
40 dərəcəyədək isti olacaq - Proqnoz
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
-
Lökbatanda ATS işçisi hasardan yıxılaraq öldü
-
Universitetlərə qəbul nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi
-
Cəlilabadda ziyarətgah ərazisindən sümük qalıqları çıxarıldı
-
İmişlidə 25 yaşlı oğlan toyda qəfil öldü
-
Ermənistana 242 ton propan göndərildi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - (Video)





