Son günlər ali və orta ixtisas məktəblərində qiyabi təhsilin ləğvi, onun distant təhsillə əvəz olunması ilə bağlı müzakirələr artıb. Qiyabi təhsilin ləğv olunması ilə bağlı söz-söhbətlərə təhsil naziri Misir Mərdanov, TQDK sədri Məleykə Abbaszadə də münasibət bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev hələ bir müddət öncə Modern.az saytına açıqlamasında parlamentdə hazırlanan "Ali təhsil haqqında" qanun layihəsində qiyabi təhsilin ləğv edilməsi məsələsinə diqqət ayrılacağını qeyd etmişdi. Elə həmin açıqlamadan sonra məsələnin müzakirəsi aktuallaşdı. Bəs hazırda Azərbaycanda nə qədər tələbə qiyabi təhsil alır?
Öncə qiyabi təhsili əvəz edəcək distant təhsil barədə. Təhsil naziri M.Mərdanov deyib ki, qiyabi təhsil forması tədricən sıradan çıxacaq və distant təhsilinə keciləcək. Amma bu prosses birdən-birə baş tutmayacaq. Nazir hesab edir ki, bu təhsil formasına kecid təhsilin keyfiyyətinə də müsbət təsir edəcək.
"Qiyabi təhsil artıq dünyanın bir çox ölkələrində mövcud deyil. Bizim də "Təhsil haqqında" qanun layihəsində qiyabi təhsilin ləğv olunması məsələsi var".
Nazir eyni zamanda bildirib ki, artıq bir neçə universitetdə distant təhsil formasından istifadə edilir.
Dünya təhsil sistemində əyani təhsil forması geniş yayılıb. Əyani formada təhsil alan insanlar hər zaman digərlərindən peşə bacarıqları ilə seçilib. Ekspertlər isə hesab edirlər ki, əyani təhsil keyyfiyət baxımından yaxşı olsa da, bunun üçün böyük vəsait tələb olunur. Bu baxımdan ən əlverişli təhsil üsulu açıq distant təhsildir. Bəs distant təhsil forması nədir, hansı üstünlükləri var?
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Səyyar Abdullayev deyir ki, təhsilin əyani və qiyabi formaları ilə müqayisədə açıq distant çoxlu üstünlüklərə malikdir. Bu üstünlüklərə onun əlyetərliyi, ucuzluğu, çevikliyi və s. daxildir. Distant təhsil alınmasında əhalinin müxtəlif təbəqələrinə də bərabər imkanlar yaradılır. İnkişaf etmiş ölkələrdə bir sıra xüsusiyyətləri ilə secilən distant təhsil geniş şəkildə istifadə olunur.
Distant təhsildə müxtəlif təhsil proqramları, texnologiyalar və tədris forması birləşir. Bu da onun səmərəliliyini artırır.
Ekspertlərin fikrinə görə, mühazirə zamanı tədris materialının 5-10%-i, tədrisə aid ədəbiyyatın sərbəst oxunuşu zamanı 10-20%-i mənimsənilir, materialın qrup şəkilində müzakirə olunması zamanı isə mənimsənilmə 50%-ə qədərdir. Yeni biliklərin təcrübi istifadəsi prosesində mənimsənilmə 75%-ə yaxınlaşır, ən yüksək mənimsənilmə dərəcəsinə (90%) başqalarını öyrədəndə çatmaq olur.
Distant təhsil sistemi tədris prosesinin daha müasir və onlayn formasıdır. Dünyada ilk dəfə onlayn təhsil 1910-cu ildə İngiltərədə tətbiq edilib. Lakin həmin dövrdə təhsil onlayn deyil, video filmlərlə əks etdirilirdi.
Bu gün dünyada tələbələrə distant təhsil təklif edən universitetlərin çoxu "açıq universitet" adı altında fəaliyyət göstərir. Distant təhsil zamanı keçirilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından bir o qədər də fərqlənmir.Yeganə fərq ondan ibarətdir ki, distant təhsil zamanı tələbə və müəllim arasındakı ünsiyyət üz-üzə deyil, virtual olaraq məsafədən həyata keçirilir. Yəni internet vasitəsilə.
Azərbaycanda ilk dəfə distant təhsil 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İxtisasartırma və yenidən hazırlama fakültəsində tətbiq olunub. Bu gün də bu təhsil forması universitetin Beynəlxalq iqtisadi münasibətlər və maliyyə kredit ixtisasında həyata kecirilir.
Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev Modern.az saytına bildidb ki, hazırda dövlət və özəl ali, eyni zamanda orta ixtisas məktəblərində 10 min 565 tələbə qiyabi təhsil alır. Dövlət və özəl ali məktəblərdə qiyabi təhsil alanların sayı 12 min 163 nəfərdir.
İ.Mustafayevin sözlərinə görə, yalnız Azərbacan Dövət Mədəniyyət və İncəsənət Universitetində qiyabi təhsil alanların sayı azdır, digər ali məktəblərdə say demək olar ki, eynidir.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qiyabi və distant təhsilin fərqi
25 Dekabr 2010 20:15
Baxış: 16 977

DİGƏR XƏBƏRLƏR
-
İşə qəbul zamanı nələrə diqqət etməliyik?
-
MİQ imtahanını da Dövlət İmtahan Mərkəzi keçirəcək?
-
Su niyə rejimlə verilir? - Sədr AÇIQLADI
-
Bu kursları bitirənlər həkim ola bilməz - RƏSMİ
-
"Semaşko"nun arxasındakı metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
-
Müəllimlər üçün gül valideynləri "ağladır" - Buketlər 30-150 manat
XƏBƏR LENTİ
-
Slovakiyada təyyarə qəzası: Ölənlər var
-
Bu büclər tezliklə qismətlərini tapacaqlar
-
“Qarabağ”ın ÇL-dəki səfər matçlarını bu kanal yayımlayacaq
-
Salyanda 63 yaşlı kişini güllələyən şəxs saxlanılıd - YENİLƏNİB - FOTO
-
Ağdamda minik avtomobili traktora çırpılıb, yaralılar var - YENİLƏNİB
-
Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - Açıqlama
-
Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var
-
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
-
İşə qəbul zamanı nələrə diqqət etməliyik?
-
Minlikdəki 6 universitetimiz - Davamı olacaqmı?
-
Şamaxıda növbəti Üzüm və Şərab Festivalının açılışı olub - FOTO
-
Mbappe şou göstərir, Arda Güler qol vurdu - VİDEO
-
Dərslərin başlama vaxtının dəyişdirilməsi müzakirə oluna bilər
-
Ağdaşda sel ziyan vurdu - VİDEO
-
“Hamburger” və “dondurma” sözlərini qadağan etdi
-
C vitamini bu şəxslərə xeyirdən çox zərər verir
-
Madriddə partlayış oldu - 21 yaralı var
-
Mobil telefon işlədənlərə pis xəbər - Bu sözlər avtomatik dinləməni işə salır
-
World Artistic Dance Festival & Baku Flow 2025 — Azərbaycanda yeni rəqs ölçüsü - VİDEO - FOTO
-
Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər!
-
Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq
-
"İmişli" "Sumqayıt"ı məğlub etdi, lakin 3 xalı qazana bilməyəcək
-
Xocalının Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olundu - FOTO
-
Elməddin Cəfərov uzun fasilədən sonra efirə qayıdır