Pul da getdi, rahatlıq da: Bakı sakinləri üfunətdən boğulurlar - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Saleh Hüseynzadə küçəsi,10 saylı internat məktəbinin qarşısındakı kanalizasiya xəttinin ləğv olunması Pirşağı qəsəbə sakinlərini narahat edir.Saleh Hüseynzadə küçəsidə kanalizasiya xətti ləğv olunub
ANS TV-nin məlumatına görə, xəttin ləğv olunmasından sonra bütün çirkab sular yola və mənzillərə axır. Yayın bu istisində isə vəziyyət ürəkbulandıran həddə çatıb. Sakinlər üfunət qoxusundan nə evdə, nə də bayırda rahat nəfəs ala bilirlər. Hələ çirkab sularının yaratdığı bataqlığın keçilməzliyini demirəm. Rahatlığı pozulan tək sakinlər deyil, həm də yolu buradan düşən avtomobil sürücüləridir.
Qəsəbə sakinləri deyirlər ki, hər səhər təmiz hava almaq üçün açdıqları pəncərədən ancaq pis qoxu içəri daxil olur. Vəziyyəti bu həddə çatdıran, yəni kanalizasiya xəttini ləğv etdirən isə onlara adı belə məlum olmayan bir şəxsdir.
Deyirlər ki, dəfələrlə aidiyyatı qurumlara üz tutublar. Amma problemlə bağlı lazımi tədbirlər görülməyib. Sakinlər iddia edirlər ki, onlardan kanalizasiya xəttinin çəkilişi üçün pul da tələb olunub və onlar hər ailədən adambaşına düşən pulu yığıb veriblər. Nəticə isə dəyişməz olaraq qalıb.
Vəziyyətin hansı səbəbdən dəyişmədiyini öyrənmək üçün Sabunçu Rayon İcra Hakimiyyətinin Pirşağı qəsəbə üzrə nümayəndəliyinin rəsmisi Xumarə Ələsgərova sakinlərin ərazidəki kanalizasiya xəttini heç kəsə məsləhət etmədən çəkdiklərini, bunun üçün yığılan pulun onlara yox, işi gördükləri şəxsə verdiklərini bildirdi. Xumarə xanım onu da əlavə etdi ki, həmin ərazidəki xətt heç bir qurumun balansında olmadığından, problem də öz həllini bu günədək tapa bilməyib. Amma qəsəbə nümayəndəliyinin rəhbəri sakinlərə yardım əlini uzadır.
Hazırda tək Saleh Hüseynzadə küçəsi deyil, ümumiyyətlə Pirşağı qəsəbəsində kanalizasiya şəbəkəsi qurulmayıb. Bu işlər 2014-2016-cı il Dövlət Proqramına salınıb. Həmin vaxta qədərsə ya sakinlər müvafiq qurumlarla ortaq məxrəcə gəlməli, ya da mövcud vəziyyətlə barışmalıdırlar.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





