Cəmiyyət

40 yaşdan sonra ana olan Hollivud ulduzları - SİYAHI - FOTO

30 İyul 2014 18:58
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daim medianın gündəmində olan, müxtəlif ölkələrdə milyonlarla fanatı olan, çəkildikləri filmlərə görə böyük qonorarlar alan Hollivud ulduzları şəxsi həyatlarına vaxt ayıra bilməmələrindən şikayətlənirlər.

Xüsusən də aktrisalar gərgin iş qrafiki və dünyanın müxtəlif ölkələrindəki çəkilişlər səbəbindən ana olmağa vaxt ayıra bilmirlər.

Buna görə Hollivudda 40 yaşdan sonra ana olanların sayı az deyil.

Milli.Az modern.az-a istinadən belə aktrisların siyahısını təqdim edir.

Monika Belluççi

Öz gözəlliyi və istedadı ilə Hollivudu fəth edən italyan aktrisası Monika Belluççi gec ana olan aktrisalardan biridir. O, 39 yaşındaykən qızı Devanı, 45 yaşı olarkən isə digər qızı Leonini dünyaya gətirib. M.Belluççi 2013-cü ilin aprelində qızlarının atası-fransız aktyoru Vensal Kasseldən ayrılıb.

Holli Berri

"Oskar" laureatı olan yeganə afroamerikalı aktrisa Holli Berri isə ilk dəfə 42 yaşında ana olub. O, vətəndaş nikahında olduğu fotomodel Qabriel Obriyə Nalu Arielu Obri adlı qız övladı bəxş edib. 2010-cu ildə sevgilisindən ayrılan Berri 3 il sonra fransız aktyoru Olivye Martinezlə ailə həyatı qurub. Elə həmən il 47 yaşlı qaradərili ulduz yeni həyat yoldaşına Maseo Roberta Martines adlı oğul övladı bəxş edib.

Nikol Kidman

Hollivudun ən hündür aktrisalarından olan (180 sm) Nikol Kidman analıq sevincini 40 yaşında yaşayıb. Avstraliya əsilli kino ulduzu 2008-ci ildə Sandey Rozu adını verdiyi qız övladını dünyaya gətirib. 2012-ci ildə isə Kidman və həyat yoldaşı Kit Urban 2-ci dəfə valideynlik sevincini yaşamaq üçün surroqat ananın xidmətindən istifadə ediblər. Qeyd etmək lazımdır ki, 1990-2001-ci illərdə aktyor Tom Kruzla evli olan "Oskarlı" aktrisa bu nikahda 2 uşaq övladlığa götürmüşdü.

Salma Hayek

Meksikanın dünyada tanınan ən məşhur kino ulduzu Salma Hayek 41 yaşında anadan olub. Aktrisa 2007-ci ildə Fransalı biznesmen Fransua-Anri Pino ilə münasibətlərdən Valentina Paloma Pino adlı yeganə qız övladını dünyaya gətirib.

Uma Turman

Aktyorluq istedadını Kventin Tarantino filmlərində daha dolğun nümayiş etdirən Uma Turman 42 yaşında üçüncü dəfə ana analıq sevincini yaşayıb. O 2012-ci ilin iyulunda Rozalind Aruşu Arkadinu Altalun Florens Turman-Büsson adlı qız övladı dünyaya gətirib. 2014-cü ildə Turman qızının atası, fransız maliyyəçisi Arpad Büssondan ayrılıb.

Xatırladaq ki, 188 santimetr boya malik Hollivud ulduzu Arpad Büssonla evlilikdən öncə aktyorlar - Harri Oldman (1990-1992) və İtan Houkla (1998-2005) evli olub. İtan Houkla nigahdan onun 2 övladı da var.

Culianna Mur

Hollivudda öz məhsuldarlığı ilə seçilən aktrisa Culianna Mur 2 dəfə analıq sevincini yaşayıb. 1997-ci il dekabrın 4-də 37 yaşlı aktrisa oğlu Kalebi dünyaya gətirib. 42 yaşında isə qızı Liv Helen anadan olub. Culianna Mur 1996-cı ildən bəri taleyini özündən 9 yaş kiçik rejissor Bart Freyndlixə bağlayıb.

Kim Besincer

Dövrünün ən cazibədar aktrisalarından sayılan Kim Besincer 41 yaşında yeganə övladı Ayrlend Bolduini doğub. 1997-ci ildə "Oskar" mükafatını qazanan aktrisa qızının atası və həm də sənətçi yoldaşı olan Alek Bolduinlə 1993-2004-cü illərdə nigahda olub. Cütlüyün ayrılması qalmaqal və qarşılıqlı ittihamlar şəraitində baş verib.

Syuzan Sarandon

Başqa bir "Oskar" laureatı Syuzan Sarandon isə analıq sevincini 3 dəfə yaşayıb. 39 yaşlı aktrisa italyan rejissoru Franko Amaurri ilə münasibətlərdən Yeva Amaurri adlı qız övladı dünyaya gətirir. Çox keçmədən sevgilisindən ayrılan Sarandon özündən 12 yaş cavan həmkarı Tim Robbinslə nigah bağlayır. 1989-cu ildə 42 yaşlı Sarandon Cek Henri, 1992-ci ildə isə 47 yaşındaykən Maylz Robbins adlı oğul övladları dünyaya gətirir.

Lora Linni

Həm televiziya, həm kino, həm də teatr sahəsində uğurlu obrazlar yaradan aktrisa Lora Linni ən gec ana olan Hollivud ulduzları arasında özünəməxsus rekord vurub. Belə ki, 2014-cü il yanvarın 8-də Bennet Armistid Şauer adlı oğlan övladı dünyaya gətirən zaman aktrisanın 49 yaşı olub. 2 dəfə evlilik həyatı yaşasa da bu aktrisanın ilk və çox güman ki, son övladı olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.