Cəmiyyət

Azərbaycanda bu adları xoşlamırlar? - SİYAHI

4 İyun 2014 14:26
1 Şərh     Baxış: 3 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda son 5 il ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında azlıq təşkil edənlərin siyahısı açıqlanıb

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, son 5 ildə doğulan oğlan uşaqlarına ən az Ülvi adı verilib.

Bu ad son 5 ildə 1235 nəfərə qoyulub. Oğlan adları arasında populyarlıq qazanmayan digər adlar Süleyman (1247), Elvin (1315), Raul (1350) və Fuaddır (1365).

Ötən 5 il ərzində yeni dünyaya gələn qızlara ən az Ayla adı qoyulub.

Son 5 ildə 1297 nəfərə Ayla adı verilib. Qız adları arasında populyarlıq qazanmayan digər adlar isə Səbinə (1298), Aynur (1300), Gülər (1336), Əsma (1376) və Nazlıdır (1383).

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda son 5 il ərzində yeni doğulan uşaqlara daha çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad, Zəhra, Nuray, Fatimə, Zeynəb, Ayan və Aylin adları qoyulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.