Cəmiyyət

Yağışlı hava şəraiti nə vaxta kimi davam edəcək?

3 İyun 2014 13:04
1 Şərh     Baxış: 4 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sabah Azərbaycanda yağışlı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 17-20 dərəcə, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq. Dağlarda gecə 7-12 dərəcə, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.