Bayıl sürüşmə zonası: kəşfiyyatın nəticələri açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsi üzrə ümumrespublika elmi seminarı keçirilib.İndiyədək Bakının Bayıl qəsəbəsində 14 sürüşmə qeydə alınıb
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə institutun geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamov "Bayıl sürüşmə zonasında aparılmış elektrik kəşfiyyatı tədqiqatlarının yeni nəticələri" adlı məruzə ilə çıxış edib. O bildirib ki, indiyədək Bakının Bayıl qəsəbəsində 14 sürüşmə qeydə alınıb: "Sürüşmə prosesləri XIX əsrin ortalarından başlayıb və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşib. 2000-ci ilin mart ayında baş vermiş sürüşmə eni 350 m, uzunluğu 450 m olan ərazini əhatə edib. Ümumilikdə, bu zaman baş vermiş sürüşmə nəticəsində 4,5-5,0 mln m3 həcmində olan kütlə sürüşmə prosesinə məruz qalıb. Nəticədə müxtəlif təyinatlı tikililər, kommunikasiya xətlərinə və əhaliyə küllü miqdarda ziyan dəyib".
Ə.Salmanov əlavə edib ki, ekzogen geoloji proseslərdən (EGP) olan sürüşmələrin öyrənilməsi həmişə olduğu kimi, bu gün də aktual məsələlərdən biridir. O bildirib ki, Bayıl yamacında sürüşmə proseslərinin öyrənilməsi məqsədilə 1975, 1985, 1996, 2000 və 2012-ci illərdə kompleks mühəndis-geoloji və geofiziki üsullarla tədqiqatlar aparılıb. Onun sözlərinə görə, 2012-ci ilə qədər aparılmış tədqiqatlar nəticəsində geoloji kəsiliş 40 m dərinliyə qədər öyrənilib ki, bu da ərazinin geoloji quruluşu haqqında tam məlumat alınmasını qismən təmin edib. 2012-ci ildə Bayıl sürüşmə sahəsində yamacın geoloji kəsilişinin 100 m dərinliyə qədər öyrənilməsi məqsədilə aralarındakı məsafə 100 m, müşahidə nöqtələri arasındakı məsafə isə 20 m olmaq şərti ilə şərq-qərb istiqamətində üç profil üzrə Şaquli Elektrik Zondlama (ŞEZ) üsulu ilə geofiziki tədqiqatlar aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





