Cəmiyyət

Quranda neçə ayə var?

16 Mart 2014 22:20
1 Şərh     Baxış: 11 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi dini kitablarda yazılıb ki, Quranda 6666 ayə var. Amma əlimizdə olan Quranın ayələrini sayanda bundan az alınır. Bu ziddiyyətin səbəbi nədir?

Milli.Az İslam.az-a istinadən bildirir ki, Quran ayələrinin sayı barədə mənbələrdəki məlumatlar fərqlidir. Bəzi alimlər Quranın 6666 ayədən ibarət olduğunu bildiriblər, başqa ədədlər də vardır. Amma bu gün nəşr olunan Qurandakı ayələrin ümumi sayı 6236-dır. Bunun bir neçə səbəbi var. Məsələn, bəzi alimlər surələrin əvvəlindəki "Bismillahir-Rəhmanir-Rəhim" cümləsini də ayə kimi sayırlar, amma müasir Quranlarda yalnız Fatihə surəsinin əvvəlindəki "bismillah" ayə sayılaraq nömrələnib.

İkincisi, bəzi Quran qiraətlərində müəyyən bir ayə özündən sonrakı ayə ilə birləşdirilir, amma başqa qiraətdə bunlar iki fərqli ayə sayılır. Əsas səbəblər bunlardan ibarətdir. Amma 1400 illik İslam tarixi boyunca köçürülmüş və oxunmuş bütün Quran nüsxələrində bircə söz və hərf fərqi də yoxdur. Yəni bu gün bəzilərinin ya bilməyərəkdən, ya da qərəzlə iddia etdiyi kimi, Qurani-kərimin mətni artıb-əskilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.