Cəmiyyət

Təbiətə münasibət dəyişmədikcə...

15 Mart 2014 17:04
8 Şərh     Baxış: 30 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İnsan təbiətin bir parçasıdır və onu təbiətdən ayrı təsəvvür etmək mümkün deyil. Son dövrdə dünyada təbiətin həyəcan təbili çalınmaqdadır. Səbəb isə insanlar tərəfindən vəhşicəsinə istifadənin nəticəsi olan atmosferdə ozon dəliyinin əmələ gəlməsini, meşələrin qırılmasını, çirkab tullantıların axar sulara və dənizlərə axıdılmasını, kimya zavodlarının zərərli qazlarının havaya buraxılmasını və bir çox səbəbləri göstərmək olar. 

***

Hazırda dünyanın bütün ölkələrində ərzaq, içməli su, zülal aclığı problemi, iqlim dəyişikliyi, demoqrafik partlayış və digər qlobal problemlər başlayıb, ekoloji tarazlığın pozulması yeyinti məhsullarını yararsız hala salıb, insanlar və heyvanlar arasında ağır müalicə olunan keçici xəstəliklər əmələ gəlib. Buna səbəb isə insanlar tərəfindən vəhşicəsinə istifadənin nəticəsi olan atmosferdə ozon dəliyinin əmələ gəlməsini, meşələrin qırılmasını, çirkab tullantıların axar sulara və dənizlərə axıdılmasını, kimya zavodlarının zərərli qazlarının havaya buraxılmasını və bir çox səbəbləri göstərmək olar. Təbiətə, onun sərvətlərinə mənfi münasibət XX əsrdə sanki özünün pik və kulminasiya nöqtəsinə çatmışdır. Nəticədə ətraf aləm, canlı və cansız təbiət güclü dəyişikliyə məruz qalmış, bir çox heyvan və bitki növlərinin kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində olduqları üçün artıq "Qırmızı kitab"a düşmüşlər. Hazırda dünyanın bütün ölkələrində ərzaq, içməli su, zülal aclığı problemi, iqlim dəyişikliyi, demoqrafik partlayış və digər qlobal problemlər başlayıb, ekoloji tarazlığın pozulması yeyinti məhsullarını yararsız hala salıb, insanlar və heyvanlar arasında ağır müalicə olunan keçici xəstəliklər əmələ gəlib.

***

Ölkəmizdə ekoloji vəziyyətin tənzimlənməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda ekoloji təbliğat və ekoloji maarifləndirmə, bu sahədə görüləcək işlərin geniş əhali kütləsinə çatdırılmasını tələb edir. Respublikamızda təbiəti mühafizə sahəsində atılan addımlardan ən vacibi, ən xeyirxah işlərdən biri də nəsli tükənməkdə olan heyvan və bitki növlərini qoruyub saxlamaq məqsədilə qoruqların təşkil olunmasıdır. Bu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində 6 Milli park, 13 dövlət qoruğu və 19 dövlət yasaqlığı mövcuddur. Bundan əlavə 30 xüsusi əhəmiyyətli meşə əraziləri, təbii qruplar, yaşı 100 ildən artıq olan 2083 ağac, 73 geoloji və paleontoloji obyektlər təbiət abidələri siyahısına daxil edilib. Ümumiyyətlə, bu gün respublika ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 8 faizindən çoxunu təşkil edir. İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. İndi bəşəriyyət elə problemlərlə üz-üzə gəlmişdir ki, onlar insanın mövcudluğunu təhlükə altına almışdır. Ekoloqların fikrincə, əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. Atmosferin çirklənməsi, torpaq örtüyünün qüvvədən düşməsi və xarab olması, su hövzələrinin kimyəvi zəhərlənməsi belə problemlərin ən vaciblərindəndir. Hazırda ekologiyanın ən qlobal problemlərindən biri də ətraf mühitin radioaktiv maddələrlə çirklənməsidir. Sənayenin inkişafı, əhalinin artması, insanların təbiətə təsiri hamımız üçün bir olan Yer kürəmizin kimyəvi və bioloji tarazlığını dəyişib. 

***

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bütün dünyada xərcəng xəstəliyinə tutulanların dörddə üçünün səbəbi ətraf mühitin çirklənməsidir. Ətraf mühitin çirklənməsi şəhərlərdə günəşli günlərin sayını azaldır, bitki aləmini, tikinti materiallarını və abidələri məhv edir. Ətraf mühitin çirklənməsinin ən təhlükəli nəticəsi insan orqanizmində mənfi mutasiyaların yaranmasıdır. Bu səbəbdən fiziki və zehni çatışmazlıqları olan uşaqlar dünyaya gəlir, sonsuzluq halları müşahidə edilir, irsi ağır xəstəliklər adi hal alır. 1986-cı il Çernobıl qəzasının ölkəmizə həm birbaşa, həm də dolayısilə təsiri olmuşdur. Belə ki, 7 minə yaxın Azərbaycan vətəndaşı qəzanın aradan qaldırılmasında şüalanmaya məruz qalmışdır. Şüalanmış ərzaq məhsulları Moskvanın təkidi ilə əhaliyə satılmışdır. Çernobıl hadisəsindən sonra respublikanın bir çox rayonlarında radioaktiv maddələrin qatılığı təxminən 3 dəfə daha çox artmışdır. 

***

Digər qlobal problemlərdən biri də stratosferdə qoruyucu ozon qatının dağılmasıdır. Ozon qatının dağılmasına səbəb olan amillərdən biri mineral gübrələrdən ayrılan azot oksidləridir. Hazırda respublikamızın üzləşdiyi ən ağır problemlərdən biri ermənilərlə müharibə nəticəsində təbii sərvətlərimizin amansızlıqla qarət və talan edilməsi və bunun nəticəsi kimi ətraf mühitə vurulan sağalmaz yaralar, Ermənistan rəhbərliyinin işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdir. Məlum olduğu kimi zəbt edilmiş torpaqlarımızda ölkəmizin zəngin faydalı qazıntı yataqları qalmışdır. Həmin ərazilərdə 155 növ yeraltı və yerüstü sərvət, o cümlədən 15 qızıl, 6 civə, 2 mis, 13 müxtəlif növ tikinti daşları yatağı və s. yerləşir ki, bu da ölkəmizin iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi. Hazırda Ermənistan həmin yataqlardan soyğunçuluqla yararlanmaqdadır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız divan tutulmuşdur. Dağlıq Qarabağ və onun ətrafında gedən hərbi əməliyyatlar nəticəsində 250.928 hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələri amansızlıqla məhv edilməkdədir. Son zamanlar ermənilər Azərbaycana qarşı ekoloji terror tədbirlərini daha da aktivləşdiriblər. 2006-cı ilin yaz və yay aylarında törətdikləri yanğınlar onların Azərbaycan təbiətinə, flora və faunasına vurduğu ağır zərbələrin izini itirmək cəhdləridir. Meşələrin məhvi isə təkcə flora və faunanın məhvi demək deyil, eyni zamanda regionun iqliminə neqativ təsir göstərən amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin dünya üçün ciddi sınaq və təhlükəyə çevrildiyi bir zamanda Ermənistanın işğal edilmiş ərazilərdə meşələrə divan tutması bütövlükdə Cənubi Qafqaz regionunda bioloji müxtəlifliyin məhvinə, ekoloji tarazlığın pozulmasına yönəlib. Sərhəd zolağında törədilən geniş miqyaslı yanğın, işğal olunmuş ərazilərdə ağacların kütləvi qırılması və digər hallar buna misaldır. Yanğın nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı ilkin rəqəm 4,5 milyon ABŞ dollarıdır. 

***

Təbiət özü canlı bir tablodur. Onun qorunması problemlərinin həllini insanın təbiətə olan məhəbbətində, insan həssaslığında axtarmalıyıq. İnsan anlamalıdır ki, təbiətə vurulan hər bir zərbə müəyyən zaman dilimindən sonra onun öz üzərinə dönür. Hər şey müəyyən nizam, qayda-qanun içərisində qurulub və öz fəaliyyətinə davam edir. Gec də olsa, təbiətə, onun sərvətlərinə münasibətimizi dəyişməliyik. Təbiətə qarşı münasibət dəyişmədikcə bəşəriyyət öz fəlakətinə doğru irəliləyəcək və nəticədə bu gün sıxıntısını artıq hiss eləməyə başladığımız təmiz hava, təmiz su hər kəsin qarşısında duran ən böyük problemə çevriləcək.

"Zaman Azərbaycan" 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.