Bu halda aliment ləğv olunur - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər. Amma bu həmişə belə deyil. Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqları müddətdə aliment məhkəmə qaydasında tutula bilər.
Aliment ödəyən valideyn vəfat edərsə, bu zaman alimenti kim ödəyəcək?
Məsələ ilə bağlı Milli.Az-a vəkil Rəşad Əliyev açıqlama verib.
O bildirib ki, tərəflər arasındakı ən həssas məsələ uşaqların gələcəyidir. Dövlət isə bu gələcəyi qorumaq üçün aliment öhdəliyini hüququ çərçivəyə salır. Tərəflər arasında nikah pozularkən, uşaqlar hansi valideynin yanında qalırsa, digər valideyn ona aliment ödəyir:
"Aliment 2 qaydada yəni, maaşın və aylıq gəlirlərin müəyyən hissəsinin tutulması kimi müəyyən oluna bilər. Bu o deməkdir ki, bir uşağa görə aliment aylıq qazancın dörddə biri, 2 uşağa görə üçdə biri, üç və daha çox uşaq sayı olarsa, maaşın və ya aylıq qazancın yarısı qədər müəyyən oluna bilər
Bu halda ölkə üzrə aylıq əmək haqqından müəyyən misli miqdarında təyin olunur və gələcəkdə aylıq əmək haqqının minumum miqdarı bu halda birbaşa aliment məbləği də artmış olur. Ailə Məcəlləsində aliment öhtəliklərinə xitam verilməsinin əsasları konkret olaraq göstərilib. Bu əsaslardan biri də aliment ödəyən şəxsin vəfat etməsi ilə bağlıdır.
Əgər aliment ödəyən və ya aliment ödənilən tərəflərdən hər hansı biri vəfat edərsə, aliment ödənilən şəxsin maddi imkanlarının yaxşılaşdırılması yaxud əmək fəaliyyətinin bərpa olunmasi müəyyən olunarsa, bu halda aliment öhdəliklərinə xitam verilir. Yəni ölən şəxsin aliment öhdəliyi hansısa formada digər şəxsə keçmir. Ailə Məcəlləsində nənə və babalarının nəvəni saxlamaq vəzifəsi təsbit edilib. Həmin normaya əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr öz valideynlərindən maddi yardım ala bilmədikdə zəruri vasitəyə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər".
Vəkil onu da qeyd edib ki, qanunvericilikdə valideynlərdən aliment ala bilməyən uşaqların nənə, babadan aliment tələb etmək hüququ müəyyən olunub. Həmçinin nəvələrin də baba, nənəni saxlamaq hüququ var. Bu halda nənə, baba da iddia qaldıra bilər.
Qeyd edək ki, hər bir uşağın aliment sadəcə maddi məsuliyyəti yox, haqqıdır.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)





