Cəmiyyət

Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti vəfat edib

9 Mart 2014 17:24
Baxış: 1 909
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev vəfat edib.

Süleyman Bayram oğlu Tatlıyev 27 fevral 1925-ci ildə Qazax rayonunda anadan olub.

S.Tatlıyev Nazirlər Sovetində İşlər idarəsinin müdiri (1970-1978), Nazirlər Soveti sədrinin I müavini (1978-1985), Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri (1985-1989) vəzifələrində çalışıb, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
 

1994-cü ildən Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.