Azərbaycanda soyadların verilməsində yenilik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiya bununla bağlı yeni sənəd işləyərək Nazirlər Kabinetinə göndərib. Hazırda Nazirlər Kabinetində həmin sənəd üzərində iş gedir.Azərbaycanda şəxslərin adları, soyadları və ata adları ilə bağlı yeni mülahizələr var
Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın üzvü Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, sənəddə, əsasən, soyad sonluqları məsələsinə diqqət yetirilib: "Sənəddə 6 variant təqdim edilib. Bunlar "lı", "li", "lu", "lü" (məsələn, Məmməd Həsənli), "zadə" (Məmməd Həsənzadə), "oğlu" (Məmməd Həsənoğlu), "gil" (Məmməd Həsəngil), "soy" (Məmməd Həsənsoy) sonluqları ilə bitən və şəkilçisiz (Məmməd Həsən) formadır".
Komitə sədri qeyd edib ki, Azərbaycanda hələ də ayrıca olaraq "Adlar və soyadlar haqqında" qanun qəbul edilmədiyindən bu gün vətəndaşlar övladlarına öz soyadından başqa digər soyad yazdıra bilməzlər. Lakin Nazirlər Kabinetinə göndərilən sənəd qəbul edilərsə, bunu etmək mümkün olacaq: "Həmin sənəddə vətəndaşlara yeni doğulan uşağa tamam başqa soyad yazılmasında sərbəstlik verilməsi nəzərdə tutulur. Məsələn, bəlkə biri uşağın soyadı kimi öz kəndinin, şəhərinin adını yazdıracaq".
N.Cəfərov bildirib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarını verəndən sonra oradakı məqamları birləşdirməklə ayrıca qanun da qəbul edilə bilər: "Bundan əlavə, ad, soyad, ata adının hansı sıra ilə yazılmalı olduğu da bilinmir. Bizdə bununla bağlı çoxvariantlılıq var. Məsələn, ad, soyad, ata adı siyahıda necə yazılmalıdır, ayrılıqda necə yazılmalıdır, rəsmi sənədlərdə necə yazılmalıdır? Bu məsələlər dəqiqləşdirilməlidir".
Qeyd edək ki, Nizami Cəfərov bu məsələ ilə bağlı bəzi məqamları Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında da qaldırıb.
O qeyd edib ki, Milli Məclis bu məsələyə mütləq müdaxilə etməlidir: "Hər halda bununla bağlı qanunun qəbuluna və ya mövcud qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var. Çünki burada müəyyən mürəkkəblik var. Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, soyadlarımızın 80 faizi hələ də "ov", "yev" sonluqları ilədir. Bu, heç də o demək deyil ki, həmin şəxslər bunu belə istəyirlər, sadəcə bu məsələ inersiya üzrə gedir. Çünki adların, soyadların dəyişdirilməsi və verilməsində müəyyən sənədləşmə işləri aparılmalıdır. Bu tamamilə qanunidir və olmalıdır. Amma bu prosesi nisbətən yüngülləşdirmək məsələsi həll edilməlidir. Yeni doğulan uşaqlara verilən soyadlarda dəyişiklik etmək asandır. Bundan əlavə, vətəndaşlar cəmiyyətdə artıq müəyyən məqama çatdıqdan sonra elə öhdəliklər yaranır ki, öz soyadının dəyişdirilməsində çətinliklərlə qarşılaşırlar. Bax, bu məsələni də nisbətən asanlaşdırmaq olar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)





