Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, yanvarın 31-i saat 07:46 radələrində Xaçmaz rayonunun Maqsudkənd kəndində yanğın hadisəsi baş verib.İki mərtəbəli evin 45 kvadrat metr ərazisi yanıb
Yanğın 73 yaşlı kənd sakini Xanbala Əmirhəmzə oğlu Həsənova məxsus fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 72 kvadrat metr olan 2 mərtəbəli evin 45 kvadrat metr ərazisi yanıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, evin dam örtüyü və evdə olan əşyalar yanaraq yararsız hala düşüb.
Hadisə yerinə FHN-nin Şimal Regional Mərkəzinin Xaçmaz Dövlət Yanğından mühafizə hissəsinin 1, Xudat DYMH-nin isə 2 yanğınsöndürən maşını cəlb olunub.
Milli.Az





