Azərbaycanda ev külə döndü

31 Yanvar 2014 16:55

İki mərtəbəli evin 45 kvadrat metr ərazisi yanıb

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, yanvarın 31-i saat 07:46 radələrində Xaçmaz rayonunun Maqsudkənd kəndində yanğın hadisəsi baş verib.

Yanğın 73 yaşlı kənd sakini Xanbala Əmirhəmzə oğlu Həsənova məxsus fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 72 kvadrat metr olan 2 mərtəbəli evin 45 kvadrat metr ərazisi yanıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, evin dam örtüyü və evdə olan əşyalar yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Şimal Regional Mərkəzinin Xaçmaz Dövlət Yanğından mühafizə hissəsinin 1, Xudat DYMH-nin isə 2 yanğınsöndürən maşını cəlb olunub.

Milli.Az