Cəmiyyət

Bu gün Bakıda sərnişin avtobusları nə vaxta qədər işləyəcək?

31 Yanvar 2014 09:35
2 Şərh     Baxış: 3 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda şaxtalı hava ilə yollarda yaranmış problemlər insanları narahat edir

Bakıda şaxtalı hava ilə yollarda yaranmış problemlər insanları narahat edir. Hər kəsi maraqlandıran məsələlərdən biri sərnişin avtobuslarının bu gün necə işləyəcəyidir. Bunu nəzərə alaraq, Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun anspress-ə verdiyi məlumata görə, bu gün paytaxtda xəttə buraxılan sərnişin avtobuslarının sayı təxmini 2 minə yaxındır. Lakin gün ərzində havanın necə olacağından asılı olaraq, sərnişin avtobuslarının saat neçəyə qədər işləyəcəyinə qərar veriləcək.

"Hələlik bütü avtobuslar xəttə buraxılıb. Düzdür, avtobus qrafikində gecikmələr ola bilər. Hələlik nəzərdə tutulub ki, avtobuslar axşam saatlarına qədər işləsin. Lakin ola bilər ki, hava daha da pisləşsin. Belə vəziyyətdə, biz sərnişinləri təhlükə altında qoya bilmərik", - deyə Namiq Həsənov bildirib.

Nazirlik rəsmisi bildirib ki, sərnişin avtobuslarının gediş haqqı qiymətlərində də heç bir artım ola bilməz: "Əgər kimsə süni qiymət artımı ilə rastlaşsa, nazirliyin 012 561 76 28 saylı "Qaynar xətti"nə müraciət edə bilər", - deyə N.Həsənov əlavə edib.

Qeyd edək ki, səhər saatlarında sakinlər avtobusların vaxtında işləməməsindən, bəzi ərazilərdə isə ümumiyyətlə sərnişin avtobusunun olmamasından şikayətlənir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.