Bakıda şaxtalı hava ilə yollarda yaranmış problemlər insanları narahat edir. Hər kəsi maraqlandıran məsələlərdən biri sərnişin avtobuslarının bu gün necə işləyəcəyidir. Bunu nəzərə alaraq, Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun anspress-ə verdiyi məlumata görə, bu gün paytaxtda xəttə buraxılan sərnişin avtobuslarının sayı təxmini 2 minə yaxındır. Lakin gün ərzində havanın necə olacağından asılı olaraq, sərnişin avtobuslarının saat neçəyə qədər işləyəcəyinə qərar veriləcək.Bakıda şaxtalı hava ilə yollarda yaranmış problemlər insanları narahat edir