10:17
Bu gecədən başlayaraq paytaxta yağan güclü qar fasiləsiz olaraq əhaliyə xidmət göstərən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işinə də mənfi təsir göstərib.
Stansiyadan anspress-ə verilən məlumata görə, hazırda bir neçə maşın yolda qalıb.
"Baxmayaraq ki, stansiyanın ixtiyarında olan təcili yardım maşınları qış mövsümünə tam hazırdır, lakin yenə də müəyyən problemlər yaranıb", - deyə stansiyadan bildirilib.
Çağırışa gedən 3 təcili yardım maşını yolda batıb. Həmin maşınların çıxarılması üçün Fövqəladə Halalr Nazirliyinin xüsusi xilasetmə qüvvələri çağrılıb.
Bundan başqa, çağırışa gedən maşınların hərəkəti hazırda paytaxt yollarında olduqca çətindir. Bu da həkimlərin xəstələrin yardımına çatmasında müəyyən çətinliklər yaradır.
---------
09:15
Bakıda Təcili tibbi yardım stansiyasınının xüsusi nəqliyyat vasitəsi köməksiz vəziyyətdə qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda Təcili tibbi yardım stansiyasınının xüsusi nəqliyyat vasitəsi hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər xüsusi texnika vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə avtomobili təhlükəsiz əraziyə çıxararaq, xidmətin fəaliyyətinin bərpa edilməsi üçün şərait yaradıblar.
Milli.Az





