10:17
Bu gecədən başlayaraq paytaxta yağan güclü qar fasiləsiz olaraq əhaliyə xidmət göstərən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işinə də mənfi təsir göstərib.
Stansiyadan anspress-ə verilən məlumata görə, hazırda bir neçə maşın yolda qalıb.
"Baxmayaraq ki, stansiyanın ixtiyarında olan təcili yardım maşınları qış mövsümünə tam hazırdır, lakin yenə də müəyyən problemlər yaranıb", - deyə stansiyadan bildirilib.
Çağırışa gedən 3 təcili yardım maşını yolda batıb. Həmin maşınların çıxarılması üçün Fövqəladə Halalr Nazirliyinin xüsusi xilasetmə qüvvələri çağrılıb.
Bundan başqa, çağırışa gedən maşınların hərəkəti hazırda paytaxt yollarında olduqca çətindir. Bu da həkimlərin xəstələrin yardımına çatmasında müəyyən çətinliklər yaradır.