Cəmiyyət

Mozaik rəssamın "muzey ev"i - VİDEO

13 Yanvar 2014 18:20
0 Şərh     Baxış: 1 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

64 yaşlı Qərib Aşkari 20 ildir ki bu sənətlə məşğuldur

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunun Alekseyevka kəndində bir ev var ki, yerli sakinlər buranı "Muzey ev" adlandırırlar. Bunun səbəbi isə evin divarlarının və həyətinin başdan başa Azərbaycanın müxtəlif dövlərdə yaşayan tarixi şəxsiyyətlərinin
fotoları ilə bəzədilməsidir. Kafel, metlax və şüşə qırıntılarından yaradılan bu rəsmlərin müəllifi 64 yaşlı Qərib Aşkaridir. O, artıq 20 ildir ki bu sənətlə məşğuldur. Mozaik rəssam hazırda "Sirlər daşı" adlanan kompozisiyasının üzərində çalışır. Burada Lütfi Zadə, Mirzə
Kazım Bəy və Nəsrəddin Tusinin mozaik fotoları öz əksini tapacaq. Peşəsinin çətin və səbr tələb edən bir sahə olduğunu bildirən Qərib Aşkari bu vaxta kimi yaratdığı 100-dən artıq sənət əsərlərinin hamısının ona doğma olduğunu vurğulayır.

Nizami Gəncəvinin 870, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr edilən ekspozisiyalar, eləcə də Dünya Azərbycanlılarının Həmrəylik Günü münasibəti ilə yaratdığı "Yurd daşı" stendini rəssam daha böyük əziyyətlə ərsəyə gətirib.

Qərib Aşkari bir-birindən gözəl sənət nümunələri yaratmaqla yanaşı, Alekseyevka kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı fənnini də tədris edir. 3 övladı, 4 nəvəsi var.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.