Cəmiyyət

Azərbaycandakı dəhşətli qrip virusu ilə mübarizə üçün nə etməli?

9 Yanvar 2014 10:03
3 Şərh     Baxış: 9 194
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Virus orqanizmin mikroblarla mübarizəsinə mane olur

Son günlər yayılan qripə bənzər xəstəlik çoxlarından yan keçməyib. H3N2 virusu olaraq adlandırılan bu xəstəlik mövsümü olsa da, ağır fəsadlarla nəticələnə bilər. Virus orqanizmin mikroblarla mübarizəsinə mane olur. Bəs ondan necə qorunmaq olar?

Türkiyənin Yeditepe universitetinin şöbə müdiri, professor Erdem Yaşılada xəstəliklə mübarizənin faydalı və asan yollarını təqdim edib.

Milli.Az anspress-ə istinadən oxucularını bu virusdan qorunmağın yolları ilə tanış edir.

Virusla mübarizə üçün ən yaxşı vasitələr bitki çaylarıdır. Bu sırada ilk yerdə çökə çayı (ıhlamur) gəlir.

Çökə çayı tərkibindəki birləşmələr sayəsində iltihabı aradan qaldırır və ağrıkəsici təsir göstərir. Boğazı yumşaldır, qıcıqlanmanı aradan qaldırır. Soyuqdəymənin nəticələrinin aradan qaldırılmasına kömək edir.

Adaçayı

Bu çay ağız və boğaz iltihablarında faydalıdır. Bu bitkinin həm çayı, həm də qarqarasından istifadə etmək olar.

Zəncəfil

Soyuqdəymə və qriplə mübarizədə ən effektiv vasitələrdən biridir. Tərkibindəki maddələr iltihabın qarşısını alır və mikroblarla mübarizə üçün orqanizmi gücləndirir.

Mixək

Ağız və boğazda olan qıcıqlanmaların qarşısını alır, boğaz infeksiyalarını yüngülləşdirir. Mixəkdən həm çayda, həm də qarqaralarda istifadə etmək mümkündür.

Qara istiot

Dənəvər və üyüdülmüş istiotla hazırlanan çaydan qarqara kimi istifadə infeksiyanı məhv edir. Xüsusilə soyuqdəymənin ilkin əlamətləri hiss edildiyi zaman istifadəsi məsləhətdir. İstiot immuniteti gücləndirir, spazma və yanğıların qarşısını alır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.