İşgüzar adamlar üçün həftəlik ulduz falı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az AzərTAc-a istinadən işgüzar adamlar üçün noyabrın 25-dən dekabrın 1-dək olan Britaniya ulduz falını təqdim edir.
QOÇLAR bu həftə mühüm qərarlar qəbul etməlidirlər, ona görə də yaxşı formada olmalıdırlar. Astroloqların fikrincə, keçmiş təcrübə tez unudulsa da, məhz belə təcrübənin əvəzi yoxdur.
Ulduzlar bu həftə BUĞALARA böyük müvəffəqiyyət vəd edir. Üstəlik, bunun üçün tər tökməli, var gücünüzlə çalışmalı olmayacaqsınız. İnanın ki, göylərin himayəsi ilə uğur özü gəlib sizi tapacaqdır.
Merkuri və Saturn planetləri bu həftə ƏKİZLƏRƏ bol enerji bəxş edəcəkdir. Bu həftə qarşıya qoyulan məsələlərin həlli sizdən qeyri -standart yanaşma tələb edəcək, təzə ideyalarınız iş prosesini xeyli sürətləndirəcəkdir. Bununla belə, bacarıqlarınızı nümayiş etdirərkən iş intizamını pozmamalısınız. Onda səhvlərinizi minimuma endirə bilərsiniz.
XƏRÇƏNGLƏR bu həftə əməkdaşlığa açıq olacaqlar. Bir-birindən maraqlı və faydalı biznes-təkliflər alacaqsınız. Təkcə köhnə həmkarlarınız deyil, həm də yeni tərəfdaşlarınız sizinlə maraqlanacaqlar. Onlara münasibətinizi yenidən gözdən keçirməlisiniz. Bu insanların köməyindən imtina etməyin Onda sizə rahatlıq verməyən bir çox problemlərin həllini tapa bilərsiniz.
ŞİRLƏR əlavə qazanc gətirən yeni variantlar tapacaqlar. Maddi durumunuzun yaxşılaşması gələcəyə nikbinliklə baxmağa imkan verəcəkdir. Ancaq bunun üçün təkcə qətiyyətli və inadkar olmaq yetmir. Siz həm də çox ehtiyatla hərəkət etməlisiniz.
Bu həftə QIZLARIN bəxti yaman gətirəcək, uğur sizin tərəfinizdə olacaqdır. Fürsətdən istifadə edib ən böyük planlarınızı həyata keçirməlisiniz. Çox güman, qarşıdan gələn səfər arzularınızı gerçəkləşdirməyə imkan verəcəkdir.
TƏRƏZİLƏR qüvvələrini düzgün hesablamalıdırlar. Çiyninizdəki yük sizin üçün çox ağır ola bilər. Gücünüzdən tam əmin olsanız belə çətin anda əlinizdən tutmağa hazır olan iş yoldaşlarınızın köməyindən imtina etməyin. Onda həftəni uğurla başa çatdıra bilərsiniz.
ƏQRƏBLƏR maraqların toqquşmasına yol verməmək və tərəfdaşlarla birgə işləməyə davam etmək üçün konstruktiv kompromis yolu tapmalıdırlar. Bunun üçün yetərincə diplomatik istedada maliksiniz. Mümkün olsa, müştərək fəaliyyətin nizamlayıcısı və əlaqələndiricisi rolunu öz üzərinizə götürün. Onda nüfuzunuz xeyli artacaq, lider mövqeyiniz güclənəcəkdir.
OXATANLARIN maddi imkanları gözlənilmədən xeyli yaxşılaşacaqdır. Bu fürsətdən istifadə etmək üçün dərhal vəziyyətə uyğun hərəkət edib diqqətinizi ən mühüm məsələ üzərində cəmləşdirməli, ikinci dərəcəli məsələləri isə təxirə salmalısınız. Hər şeyin öz vaxtı var. Onları da həll edəcəksiniz.
OĞLAQLAR özlərini qətiyyətli olmağa kökləyiblər. Ayın təsiri altında həyatınızdakı bütün dəyişikliklərin real səbəblərini aydın görəcəksiniz. Odur ki, istər işgüzar layihələrinizi, istərsə də şəxsi təşəbbüslərini rahat şəkildə həyata keçirəcəksiniz.
DOLÇALAR bu həftə müdrik və praktiki məsləhət alacaqlar. Məsləhətə qulaq asın. Bu cür addım işgüzar perspektivlərinizi möhkəmləndirməyə imkan verəcəkdir. Veneranın himayəsi gözlərinizə zərif tor çəkib, ətrafı ecazkar rənglərə boyayacaqdır. Ovqatınızın yaxşılaşması sayəsində böyük müvəffəqiyyət qazanacaqsınız.
Ay və Yupiter səylərini birləşdirib BALIQLARIN rifahını yüksəldəcəkdir. Diqqətinizi ovqatınızı və ruhunuzu oxşayan məsələlər üzərində cəmləşdirməlisiniz. Çoxdan bəri incə bir plan üzərində işləyirsiniz. İndi onu həyata keçirmək üçün ən münasib vaxtdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kimlər adını dəyişə bilməz? - Rəsmi
-
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
-
Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı
-
Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?
-
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
-
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
XƏBƏR LENTİ
-
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
-
Yusif Məmmədəliyev küçəsində obyekt yanır - (Yenilənib/Video)
-
Ucarda 1 tondan çox narkotik tərkibli bitki məhv edildi
-
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
-
Rusiya Qara dənizdə Ukrayna üçün yük daşıyan gəmilərə zərbə endirib
-
Cüdoçumuzun atası vəfat etdi
-
Tərtərdəki hadisənin təfərrüatı: Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
-
Kimlər adını dəyişə bilməz? - Rəsmi
-
Zərdabda qəsdən yanğın törədən şəxs müəyyən edildi
-
Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat: 15 nəfər saxlanıldı
-
Tibb müəssisələrində yoxlamalar: 39 obyektdə nöqsan aşkarlanıb
-
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
-
Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı
-
Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?
-
Bir gündə 55 cinayət açıldı
-
Tamilladan Elton Hüseynəliyevə romantik təbrik
-
Naxçıvanda kanalda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
-
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
-
Qış gəlməmiş bu işi görün - “Azəristiliktəchizat”dan vacib çağırış
-
ABŞ Rusiyadan həbsdə olan vətəndaşının azadlığa buraxılmasını istəyib
-
İmişlidə 5 yaşlı uşaq traktorun vurması nəticəsində ölüb
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
-
Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi niyə qəbul edə bilmir?





