Fərdi yaşayış evi tikdirən şəxs gözləmədiyi çətinliklərlə üzləşir. Özünə ev tikmək istəyən oxucu Milli.Az-a yazır ki, 6 sot sənədli torpağı və tikməyi planlaşdırdığı evin eskiz lahiyəsini hazırladıb. Lakin yerli icra hakimiyyəti onun qarşısına çətin şərt qoyub: Evin hündürlüyü 7 metr olsa, qonşunun hasarından evə qədər olan məsafə 4,2 metr olmalıdır".
Çətin fakt qarşısında qalan oxucu Milli.Az vasitəsilə belə bir tələbin düzgün olub-olmamasını öyrənmək istəyir.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramin Osmanlı Milli.Az-a açıqlamasında bildirdi ki, fərdi yaşayış evi tikmək məqsədilə alınan torpaq təyinatı üzrə fərdi yaşayış evinin tikintisi üçün olmalı və torpağın dövlət reyestrindən çıxarışı olmalıdır. Bu təyinat varsa, müvafiq icra hakimiyyəti orqanına tikinti ilə bağlı müraciət edib, evin eskiz layihəsi təqdim olunmalıdır. Eskiz layihəni lisenziyası olan özəl şirkətlərlə müqavilə bağlayaraq hazırlatmaq lazımdır. Layihə təsdiqlənəndən sonra tikintiyə başlana bilər.
İcraçı direktorun sözlərinə görə, fərdi yaşayış evi tikmək üçün normativlər müəyyənləşib. Qanunvericilikdə göstərilib ki, fərdi yaşayış evi torpağın qonşu ilə hasarının hündürlüyündən asılı olaraq hər dörd tərəfdən müəyyən məsafədə aralı tikilməlidir. Ev 12 metrdən hündür olarsa, Fövqəladə Hallar Nazirlyindən icazə almaq lazımdır. Əgər evin hündürlüyü 12 metrə qədərdirsə, yerli icra hakimiyyətindən icazə alınmalı və razılaşdırılmalıdır.
R.Osmanlı qeyd etdi ki, hündürlükdən asılı olaraq qonşunun hasarı ilə olan məsafə gözlənilməlidir: "Qonşunun hasarı ilə minimum məsafə 1 metr 60 santimetr olmalıdır. Ev 3 metr hündürdürsə, minimum tələbə əməl etmək lazımdır. Hündürlük artdıqca, hasardan evə qədər olan məsafə də artır. Bu normalara əməl edilərsə, artıq 1-2 sot torpaq sahələrində ev tikmək mümkün olmayacaq".
Anar Məmmədov
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda ev tikməyin çətinlikləri
5 Noyabr 2013 02:00
3 Şərh
Baxış: 7 350

DİGƏR XƏBƏRLƏR
-
Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR
-
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir - FOTO
-
Günün qoroskopu: Konsentrasiya yüksəkdir
-
Alimlər HIV-ə çarə tapdılar
-
İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
XƏBƏR LENTİ
-
Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR
-
NATO-a məxsus mərkəzdə Azərbaycan bayrağı qaldırıldı - FOTO
-
“Bağışlayın, görmədim” artıq keçməyəcək - Süni intellektli radarlar dövrü başladı - FOTOlar
-
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli
-
Konservləşdirilmiş qidalarda nələrə fikir vermək lazımdır?
-
Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
-
Bu ziyarətgaha gedənlərə şad xəbər
-
2 800 abonent qazsız qalacaq
-
Tovuzda müəllim valideynlərdən qızıl tələb edib? - Araşdırma BAŞLADI - VİDEO
-
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu - VİDEO
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir - FOTO
-
Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL
-
Bu yay fəslində anomal istilər olacaq? - AÇIQLAMA
-
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
-
II cəhd imtahanı üçün son bir gün - Ən çox bu qrup MÜRACİƏT EDİB
-
Avropa uçuruma gedir: qitə ən çirkli narkosavaşını uduzur
-
Millimiz Latviya ilə üz-üzə
-
Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb
-
Türkiyədə 14 mindən çox insan qurban kəsərkən yaralandı
-
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
-
Çin avtomobilləri Azərbaycan bazarına nə vəd edir?
-
Bakıdan Bərdəyə qədər ilanla yol yoldaşı oldular - VİDEO
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq