Cəmiyyət

"I Ekologikal" intellektual oyununun qalibi müəyyənləşib

21 İyun 2013 11:27
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"I Ekologikal" intellektual oyunun qalibi Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Sirius" komandası olub. Qalib komandanın üzvləri velosipedlərlə mükafatlandırılıblar.

Trend-in məlumatına görə, bu barədə cümə günü ATGTİ-nin mətbuat xidmətindən daxil olan xəbərdə deyilir.

Qeyd edək ki, cari ilin 20 iyun tarixində, saat 11:00-da "Zabitlər bağı"nda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının (BSU TGT) təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında "I Ekologikal" intellektual oyunu keçirilib.

Qeyd edək ki, "I Ekologikal" intellektual oyunu hər mərhələdə 10 sual olmaqla, 3 mərhələdən ibarət idi. Ümumilikdə, yarışmada 7 ali təhsil müəssisəsindən 14 komanda iştirak edib.

Tədbirin açılış mərasimində AR Prezidenti yanında Gənclər Fondunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri iştirak ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.