Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumətin müvafiq qərarı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən hazırlanıb və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları (bundan sonra - orqanlar) və Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar) tərəfindən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydasını müəyyən edir.
Qərara əsasən, orqanlarda və təşkilatlarda çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotu Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə çağırılmış mütəxəssislərin əvəz edilməsinə lazım olan kadrların qabaqcadan hazırlanmasına, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin müdafiə və səfərbərlik tədbirlərinin keçirilməsinə kömək və hərbi qeydiyyatın real vəziyyətdə aparılmasına nəzarət məqsədi ilə həyata keçirilir.
Orqanlarda və təşkilatlarda çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun təşkili və aparılması üçün onların "Hərbi uçot vərəqəsi" (bu Qaydaya 1 nömrəli əlavə) ilə təmin edilməsi həmin orqanlar və təşkilatlar tərəfindən, "Çağırışçıların və hərbi vəzifəlilərin dövlət orqanlarında (o cümlədən, konsulluqlarda), yerli icra hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda hərbi uçotunun və təxsis (bron) edilmə vəziyyətinin yoxlanılması jurnalı" (bu Qaydaya 2 nömrəli əlavə) ilə təmin edilməsi isə Xidmət tərəfindən həyata keçirilir. Orqanlarda və təşkilatlarda hərbi uçotun aparılması kadr xidmətinə həvalə olunub.
Təsdiq edilmiş qaydaya əsasən, çağırışçılar və hərbi vəzifəlilər qulluğa (xidmətə) çağırıldıqda və ya daxil olduqda orqanlarda və təşkilatlarda hərbi uçotdan çıxarılırlar. Hərbi vəzifəlilər hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdikləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyata alınırlar.
Orqanlarda və təşkilatlarda işləyən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsi çağırışçılar üçün - ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə, hərbi vəzifəlilər üçün - hərbi bilet əsasında doldurulur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olmağın son yaş həddinə çatmış şəxslərin hərbi uçot vərəqələrində hər il yanvarın 1-dən sonra hərbi qeydiyyat haqqında olan qeydlər tam pozulur və "Yaşına görə hərbi uçotdan çıxarılmışdır" sözləri qeyd edilir.
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçot vərəqələri dörd qrupa bölünən ayrıca kartotekada əlifba sırası ilə saxlanılır. Birinci qrupda ehtiyatda olan generalların, admiralların və zabitlərin, ikinci qrupda ehtiyatda olan əsgərlərin, matrosların, çavuşların, gizirlərin və miçmanların, üçüncü qrupda hərbi vəzifəli qadınların, dördüncü qrupda çağırışçıların hərbi uçot vərəqələri saxlanılır. Səfərbərlik və ya müharibə dövrü çağırışdan möhlət almış müvafiq kateqoriyalardan olan hərbi vəzifəlilərin hərbi uçot vərəqələri həmin qruplarda ayrıca saxlanılır.
Yaş həddinə və sağlamlıq vəziyyətinə görə hərbi vəzifəli hesab olunmayan, habelə işdən çıxarılmış və iş yerini dəyişmiş şəxslərin hərbi uçot vərəqələri müvafiq orqanın və ya təşkilatın ümumi kartotekasından çıxarılır.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası" təsdiq edildi
13 May 2013 13:12
Baxış: 2 101

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
5 qollu finalda qalib bəlli oldu
-
Prezidentin sosial şəbəkə hesablarında Laçına səfərindən görüntülər paylaşılıb - VİDEO
-
Bu maddəni qəbul edən kişilərin uşağı olmur
-
İşdə yediyi yeməkdən sonra 13 orqanı çıxarıldı
-
Çinin yalnız bu maşınlarını ALIN
-
Qəhrəmanlar yox, qurbanlar: Maiden-Kasl hekayəsinin qaranlıq üzü
-
Bu ölkədə musiqi alətləri yandırıldı
-
Bu səhvlərlə tozsoranı məhv edirik: Evi təmizləmək yerinə, çirkləndiririk
-
Günəş işığı xeyir ya zərərdir?
-
Dərman qutusunu əvəz edə biləcək MƏHSUL
-
İdmançılarımız Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar
-
Yay gəlir, sərfiyyat artacaq - Nə edək ki, maşın az benzin yandırsın?
-
Bu duanı oxuyub yatanı "mələklər" səhərə qədər "qoruyur"
-
Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı - YENİLƏNİB - VİDEO
-
"Oktyabrda verilməli olan qərar indi açıqlanır" - Bir gecədə qərar verildi
-
Prezidentin sosial şəbəkə səhifələrində Laçın Beynəlxalq Hava Limanının açılışından görüntülər yayımlanıb - VİDEO
-
Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadır
-
Tanınmış cərrah illərlə narkozlu xəstələrinə qarşı əxlaqsızlıq edibmiş
-
Köhnə dəmli çay xərçəng yaradır
-
Rusiyadan Ukraynaya təklif - İyunun 2-də...
-
Quterreş Prezident İlham Əliyevi təbrik edib
-
Almaniya birbaşa müharibəyə qoşulur - Lavrov
-
İstirahətə gedəndə bu rəng geyinməyin - Gənə yapışa bilər
-
Araz Musayev vurulmazdan öncə bu məmuru ittiham edibmiş - FOTO