ADY yay qrafikinə keçir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi xarakter aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün rayonlararası marşrutlar üzrə əlavə tədbirlər həyata keçirir.
Milli.Az ADY-yə istinadən xəbər verir ki, turizm yönümlü marşrut olan Bakı-Qəbələ-Bakı istiqamətində iyunun 6-dan etibarən reyslərin sayı 2-dən 4-ə artırılaraq həm şənbə, həm də bazar günü hər iki istiqamətdə müntəzəm səfərlər həyata keçirilir. Bundan əlavə, iyulun 4-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək. Yeni dayanacaq bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradacaq.
31 avqust tarixinə qədər Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatar reysləri hər şənbə və bazar günləri təşkil olunacaq. Məqsəd yay mövsümündə qərb istiqamətində artan sərnişin tələbatının qarşılanmasıdır.
Yay mövsümündə tətbiq ediləcək yeniliklərdən biri də Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikinin dəyişdirilməsidir. Belə ki, 1 iyul tarixindən etibarən qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.
Xatırladaq ki, 6 iyun tarixindən başlayaraq rayonlararası istiqamətlər üzrə qatar səfərləri Dərnəgül stansiyasından da təşkil olunur. Bu, sərnişinlər üçün daha rahat və əlçatan nəqliyyat imkanları yaradır.
Bundan başqa, 1 iyul tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə əsasən təşkil ediləcək. Yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə həftəiçi gündəlik 84 reys həyata keçiriləcək. Şənbə və bazar günləri isə reyslər hazırkı qrafiklə icra olunacaq.
Yay mövsümünə keçidlə əlaqədar sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı və biletləri vaxtında əldə etməyi tövsiyə edirik.
Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
İyulun 1-dən etibarən isə yeni hərəkət cədvəlləri www.ady.az saytında və "ADY Mobile" tətbiqində aktiv olacaq.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - Qərar
-
Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilən AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb
-
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
-
Ölkədə bir neçə gün yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
ADY yay qrafikinə keçir
-
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
XƏBƏR LENTİ
-
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
-
ABŞ-də 5,5 ballıq zəlzələ oldu
-
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - Qərar
-
Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilən AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb
-
Alla Puqaçova iki ürək əməliyyatı keçirdi
-
Xətai rayonunda məişət tullantıları sahəsində yanğın
-
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
-
Ölkədə bir neçə gün yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
ADY yay qrafikinə keçir
-
Bakıda 4 yaşlı uşaq 5-ci mərtəbədən düşərək öldü
-
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
-
İyulda Bakıda temperatur 40 dərəcəyədək yüksələcək
-
Buzovnada bir qrup sakin küçəyə çılpaq çıxırlar - İddia
-
Silk Way West Airlines və CargoAi Air Cargo China 2026 sərgisində rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb
-
Venesuelada daha bir zəlzələ oldu
-
Hörmüz boğazından dörd gün ərzində 124 gəmi keçib
-
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
-
Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir
-
“Klassikdən müasirliyə” adlı konsert proqramı keçirilib - (Foto)
-
İdmançımız vəfat etdi
-
"Nəriman Nərimanov" metrosu ətrafında bu obyektlər sökülür
-
Sabah Masallı və Astara rayonlarının bəzi yerlərində qaz kəsiləcək
-
Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir





