Cəmiyyət

DYP-dən parklanma qaydaları ilə bağlı AÇIQLAMA - FOTO

9 İyun 2026 16:22
Baxış: 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda bir sürücü heç bir qayda pozuntusuna yol vermədiyini desə də, ona cərimə yazıldığını iddia edir.
 

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, hadisə paytaxtın Aşıq Molla Cümə küçəsində baş verib. Sürücü avtomobilini parklanma xətlərinin olduğu ərazidə saxladığını və avtobus dayanacağını göstərən nişanlanmanın həmin nöqtədən görünmədiyini bildirib.

O qeyd edib ki, dayanacaq sahəsi ilə avtomobili saxladığı yer arasında təxminən 30 metrlik məsafə olub.

Sürücü həmçinin vurğulayıb ki, avtobus dayanacağını bildirən xətt başa çatan kimi parklanma nişanlanması başlayır və bu da sürücülərdə çaşqınlıq yaradır. Onun fikrincə, belə şəraitdə cərimə tətbiq edilməsi mübahisəli görünür.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirildi ki, cərimənin qanunvericiliyə uyğun şəkildə tətbiq olunub. Qurumun məlumatına görə, ictimai nəqliyyat dayanacaqlarını göstərən ziqzaqvari sarı nişanlanma xəttindən 15 metrdən az məsafədə avtomobillərin dayanması və ya durması qadağandır.

Həmçinin qeyd edilib ki, sürücünün avtomobili saxladığı hissə rəsmi parklanma sahəsi hesab olunmur və bu səbəbdən inzibati tədbir görülüb. 

Aysel 
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.