Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə əməkdaşlığa başlayıb. Modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda dünyasında böyük maraq yaradıb. Bu əməkdaşlıq "Trendyol"un Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə edən qlobal inkişaf strategiyasını əks etdirir.
Dünyaya səs salan bu kampaniya çərçivəsində moda dünyasının məşhur simaları Adriana Lima və Alessandra Ambrosio "Trendyol"un geniş məhsul portfelindən seçdikləri favorit parçaları izləyiciləri ilə bölüşərək öz fərdi üslub və moda baxışlarını ön plana çıxarıblar.
Türkiyə, Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkədə fəaliyyət göstərən Trendyol beynəlxalq mövqeyini yüksək səviyyəli tərəfdaşlıqlar vasitəsilə daha da gücləndirir. Şirkət ötən il keçirilən "Əfsanəvi noyabr" kampaniyası çərçivəsində dünya şöhrətli futbolçu Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigez ilə də əməkdaşlıq edib. Platformanın Körfəz ölkələrində keçirdiyi kampaniyanın sosial media siması olan Rodrigez, "Trendyol"un geniş çeşidindən seçdiyi sevimli məhsullarını 72 milyon izləyicisi ilə paylaşıb.
Adriana Lima və Alessandra Ambrosio 2000-ci illərin əvvəllərindən etibarən podium dünyasının ən tanınmış simaları sırasında yer alırlar. Braziliya əsilli Lima 1999-cu ildə "Victoria's Secret Fashion Show"-da iştirak etdikdən sonra qlobal şöhrət qazanıb, 19 dəfə "Mələk" kimi podiuma çıxıb və dünyanın aparıcı dəb jurnallarının üz qabığında yer alıb. Karyerası boyunca o, moda sənayesinin ən nüfuzlu nümayişlərində iştirak edib və demək olar ki, bütün aparıcı moda evlərinin reklam kampaniyalarının siması olub.
Ambrosio isə "Victoria's Secret" podiumunda ilk dəfə 2000-ci ildə çıxış edib və Lima kimi bu şouda 19 dəfə iştirak edib. O, podium karyerası ilə yanaşı, film və seriallarda da çəkilib. Ambrosio karyerası ərzində bir çox qlobal moda brendlərinin reklam kampaniyalarında yer alıb və onların siması kimi çıxış edib.




Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı





