DİM imtahan nəticələrini açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Milli.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilir ki, imtahan nəticələri ilə buradan tanış olmaq mümkündür. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra - 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 22780 bakalavrdan 519 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçılarının nəticələri ilə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq. Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq./Trend.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Naxçıvanda ağır qəza: Xəsarət alanlar var (Video)
-
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi
-
Fedorovun vəzifədən göndərilməsinin səbəbi bəlli oldu
-
Əkbər Əlizadənin qızı birinci yerə çıxdı
-
İlqar Əkbərov vəfat etdi
-
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
-
Hərbçi həlak oldu
-
Nəriman Axundzadə görünüşünü dəyişdirdi - (Foto)
-
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb (Foto)
-
Ömər Eldarovun vəziyyəti pisləşib
-
Ayselin villası (Video)
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (Foto)
-
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
-
Gəncədə qadın boşanmaq istəyən ərini avtomobillə vurdu
-
81 yaşlı Nebahat Çehre çimərlik geyimində (Foto)
-
İmtahanda ən yükəsk balı onlar topladı (Foto)
-
İsmail Hacıoğlu “Yeraltı”nda - (Foto)
-
Meksika sahillərində 7.3 ballıq zəlzələ olub, sunami təhlükəsi elan edilib
-
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - (Video)
-
Aleksandr Maslyakovun həyat yoldaşı vəfat etdi (Foto)
-
Brenda Friker vəfat etdi
-
"Qızımın12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi
-
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub (Foto)
-
Festivalları fəth edən film indi yalnız Park Cinemada (Foto)





