Cəmiyyət

Nəsimidən sonra Ceyhun Əsgərov da reabilitasiya mərkəzi açır

13 Fevral 2026 16:35
Baxış: 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov yeni reabilitasiya mərkəzi açır.

Milli.Az xəbər verir ki, bunu o, özü açıqlayıb.

İxtisasının həkimlik olduğunu bildirən C.Əsgərov qeyd edib ki, 23 il jurnalist kimi fəaliyyət göstərib. Söyləyib ki, reabilitasiya sferası ilə tanış olanda bunun insanlar üçün nə qədər vacib olduğunu anlayıb:

"İnsanlar asılılığın nə olduğunu tam bilmir, buna barmaqarası baxırlar. Əslində, asılılıq ölümcül xəstəlikdir, hətta deyərdim ki, xərçəngdən də ağırdır".

Bildirib ki, bu sahə ölkəmizdə son 5-6 ildir ki, inkişaf etməyə başlayıb və məqsədinin bu sahədə olan mövcud çatışmazlıqların aradan qaldırılması olduğunu vurğulayıb:

"Asılı gənclərimizin bu bəladan qurtulması üçün vasitəçi olmaq niyyətimdəyəm".

Jurnalist hesab edir ki, bu sahədə qanun yoxdur və mütləq şəkildə reabilitasiyalar haqqında qanun qəbul edilməlidir:

"Digər tərəfdən, reabilitasiya mərkəzlərinin çoxu ictimaiyyət üçün qapalıdır. Açıq və yeni modellər hazırlayıb cəmiyyətə təqdim etmək lazımdır ki, əlavə suallar yaranmasın".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.